Super User
Yeniyetməni cinayətkar fəaliyyətə cəlb edən şəxs həbs olundu…
Şəkidə isə evlərdən elektrik kabelləri oğurlayan və yeniyetməni müxtəlif vədlərlə cinayətkar fəaliyyətə cəlb edən şəxs saxlanılıb. Rayon sakinləri onlara məxsus yeni tikilməkdə olan evlərdən ümumi dəyəri 3000 manata yaxın olan elektrik kabellərinin oğurlanması barədə polisə müraciət ediblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki sakini İlham Məhərrəmov və bir nəfər yeniyetmə saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, İlham Məhərrəmov dostunun oğlu olan həmin yetkinlik yaşına çatmayan şəxsə müxtəlif vədlər verərək onu da özünə “ortaq” edib. Saxlanılan şəxslər ifadələrində oğurladıqları kabelləri metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Onların cinayətdə istifadə etdikləri alətlərin bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.Məhkəmənin də qərarı ilə İlham Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.
İtən Hindistan vətəndaşının axtarışları davam edir...
Zaqatala dağlarında itən Hindistan vətəndaşının axtarışları davam edir. İtkin düşən hindistanlı turistin axtarışlarına DİN, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşlarından ibarət hər birində 10 nəfər olmaqla 11 qrup cəlb olunub. Hazırda həmin şəxsin itkin düşdüyü ehtimal edilən çətin relyefə malik dağlıq ərazilərdə axtarış tədbirləri davam etdirilir. Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 29 yaşlı Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
"Şeytan üçbucağı”nın sirri | Sirlər
Valideynlərin məktəb idarəçiliyində rolu | Zamanında 23.05.2022
Aqil Kərimov - Şəkidə sonuncu papaqçı | Sənətdəsən
Evdə təbii Gül suyunun hazırlanması | Kəndimiz 70-ci veriliş
Abqoralı xoruz əti | Yeməli 23.05.2022
Tibb üzrə fəlsəfə doktoru, cərrah, mama-ginekoloq Ləman Əliyeva "Həkimcanlı"da 23.05.2022
III ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib...
Bu gün üçüncü ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahanda 21 min 521 abituriyent iştirak edib. Onların arasında 60 nəfər fiziki məhdudiyyətli abituriyent də olub. Bu gün baş tutan, eyni zamanda sabah keçiriləcək imtahan üçün şəhər və rayonlarda ümumilikdə 189 imtahan binası, 3 min 322 imtahan zalı ayrılıb. Əməkdaşlarımız prosesi Şəkidə izləyiblər. Şəkidə imtahanların keçirilməsi üçün 4 mərkəz ayrılıb. Ümumilikdə, 1013 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 13 imtahan rəhbəri və 104 nəzarətçi-müəllim cəlb edilib.
Atıcılıq üzrə Dünya Kubokuna hazırlıq məşqləri aparılır…
Qəbələ Atıcılıq Klubunda Bakıda keçiriləcək Atıcılıq üzrə Dünya Kuboku yarışlarının məşqlərinə start verilib. 79 nəfərlik Qazaxıstan milli komandası, eləcə də Özbəkistan və Azərbaycan milli komandasından iştirakçılar stend atıcılığı, tir və digər atıcılıq növləri üzrə hazırlıq məşqləri aparır. Gərgin keçən məşqlər mayın 26 – na kimi davam edəcək. Onu da qeyd edək ki, Bakıda keçırıləcək Dünya kuboku mayın 27-dən iyul ayının 7-nə kimi davam edəcək. Mötəbər yarışda dünyanın 70-dən çox ölkəsinin 700-ədək idmançısı mübarizə aparacaq.