Super User
Çərşənbə axşamı, 27 Sentyabr 2022 12:46
Şəhid Naiq Ələkbərovun xatirəsinə həsr olunmuş cüdo üzrə turnir keçirilib...
Şamaxı Olimpiya Mərkəzində Vətən müharibəsi Şəhidi Naiq Ələkbərovun xatirəsinə həsr olunmuş cüdo üzrə turnir keçirilib. Yarışda respublikamızın müxtəlif şəhər və rayonlarından 270 nəfər idmançı iştirak edib. Açılış mərasimində rayon administrasiyasının, idman ictimaiyyətinin nümayəndələri, eləcə də şəhidin ailə üzvləri iştirak edib. Çıxış edənlər fiziki hazırlığın döyüş hazırlığının əsas tərkib hissəsi olduğundan, bu cür idman yarışlarının mühüm əhəmiyyətindən danışıblar. Yarışın sonunda I, II və III yerləri tutmuş idmançılar təltif ediliblər. Qeyd edək ki Azərbaycan Ordusunun giziri olan Naiq Ələkbərov oktyabrın 9-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda","Cəsur döyüşçü" , Cəbrayılın və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.
Published in
XƏBƏRLƏR
Tagged under
Çərşənbə axşamı, 27 Sentyabr 2022 09:48
Tütünçülükdə məhsul aşağıdır?
Şəkili fermerlər bu il tütün sahələrindən daha az məhsul götürəcəklərini deyirlər. Məhsuldarılığın aşağı düşməsini isə fermerlər bir sıra amillərlə izah edirlər. Ötən ilə qədər bu sahənin çox yaxşı gəlir gətirdiyini desələr də bu il bunun tam əski müşaidə olunur. Maraqlısı odur ki, fermerlər hər il eyni növ toxum aldıqlarını və bu günə kimi oxşar vəziyyətlə qarşılaşmadıqlarını bildirirlər. Bu il toxumun keyfiyyətsiz çıxdığından gileylənən fermerlər tütünün budaq və yarpaq saylarında azalmaya səbəb olduğunu vurğulayıblar. Belə ki, əvvəlki illərdə tütünün hündürlüyü azı 4 metr, yarpaq sayı isə da çox olduğundan məhsul yığımı bol olub. Ancaq bu ilə hətta verilən gübrələr nəticəsiz qalıb. Kənd təsərrüfatı nazirliyi Şəki dövlət Aqrar İnkşaf Mərkəzindən verilən məlumata əsasən, bu il tütün sahələrində məhsuldarlığın az olmasına səbəb xarici sortların yetişdirilməsidir. Qurumun rəsmisi ötən illə müqaisədə fermerlərin Vircinya sortunu əkməyə üstünlük verdiyi və bu növün də məhsuldarlığının aşağı, keyfiyyətinin isə yüksək olduğunu qeyd edib. Qeyd edək ki, ötən il Şəkidə tütün sahələrindən 4150 ton məhsul əldə edilib. Bu ilə fermerlərin sözlərinə görə məhsuldarlıq daha aşağı olacaq. Odur ki, fermerlər səbrli olub, götürüləcək məhsulun keyfiyyətli olmasına ümid etməlidirlər.
Published in
XƏBƏRLƏR
Tagged under
Çərşənbə axşamı, 27 Sentyabr 2022 07:58
Əsl təndir necə hazırlanır?
Orta əsrlərdə Azərbaycanda geniş yayılmış təsərrüfat tikililərindən biri təndirxanalar olub. Arxeoloji araşdırmalar zamanı aşkar edilən əksər həyətlərdə bu təndirlərə rast gəlinib. Təndirlər əksər hallarda evin içində və dəhlizdə qoyulub. Buda onunla bağlı olub ki, həmin təndirlərdə çörəklə yanaşı, müxtəlif xörəklər də bişirilib. Hazırda da təndirə, təndirdə bişən çörək və yeməklərə böyük təlabat var. Mövzunu bu sahədə qədim ənənələri olan Qəbələdə araşdırmışıq. Qəbələdə qədim tarixə malik “Təndirkəsənlər” məhəlləsi var. Məhəllə sakinlərinin bir çoxu eyni peşənin sahibləridir. Uzun illərdir təndir hazırlayan Məlahət Qədirova deyir ki, bu məhəlləyə gəlin gəlib və qaynanasından öyrəndiyi sənəti indi özü davam etdirir. Məlahət xanım deyir ki, təndiri düzəldən zaman öncə onun torpağı düzgün seçilməlidir. Digər əsas şərt isə təndirin riyazi dəqiqliklə düzəldilməsidir. Təndiri yayda iki günə hazır etmək mümkündür, qışda isə bu iş bir həftəyə başa gəlir. Təndirin ölçüləri sifarişçinin istəyindən asılı olaraq dəyişir. Böyük təndir 40- 60 manat, kiçik təndir isə 25 manata satılır. Məlahət xanım ölkənin müxtəlif rayonlarından, Avropa ölkələrindən də sifarişlər aldığını deyir. Xüsusilə də son zamanlar turizm obyektlərində təndirə artan təlabat sifarişlərin sayını xeyli artırıb. Onu da qeyd edək ki, milli mətbəximizdə təndirdən təkcə çörək bişirmək məqsədilə istifadə olunmur, onun vasitəsilə həm də müxtəlif yeməklər hazırlanır. Təndir çörəyi kimi təndir kababı, təndir külləməsi, təndir qovurması da öz dadı və ləzzəti ilə məşhurdur. Müasir dövrdə cürbəcür metal qablar, elektrik mətbəx əşyaları olsa belə, təndiri heç nə əvəz edə bilməz.
Published in
XƏBƏRLƏR
Tagged under
Bazar ertəsi, 26 Sentyabr 2022 11:46
Miasteniya qravis nədir? | Həkimcanlı 26.09.2022
Published in
HƏKİMCANLI
Tagged under
Bazar, 25 Sentyabr 2022 10:02
Qan təzyiqinin səbəbləri və müalicəsi | Doktor Mən 25.09.2022
Published in
Doktor Mən
Tagged under
Bazar, 25 Sentyabr 2022 08:21
Qəzalı uşaq bağçalarının aqibəti necə olacaq?
Övladının gözəl şəraitə malik, müasir standartlara cavab verən bağçalarda təhsil alması hər bir valideynin arzusudur. Ancaq Şəkinin xüsusən də kəndlərində yerləşən bağçalarda hansısa standartlardan danışmağa dəyməz... Əksər bağçalar istifadəyə yararsız, təhlükəli binalarda yerləşir və bu vəziyyətdə azyaşlılar təlim-tərbiyə alır. Belə olan halda valideynlərin də narahatlığı başa düşüləndir. İki bağçanın timsalında ümumi vəziyyəti çəkib sizə göstərməyə çalışmışıq. Qəzalı uşaq bağçalarının aqibətinin necə olacağını sujetdən öyrənək.... Kəndlərdəki əksər bağçaların təmirə ehtiyacı var. Belə bağçalardan biri də Şəkinin Baş Zəyzid kəndində fəaliyyət göstərən uşaq bağçasıdır. Bağçaya daxil olar-olmaz burdakı şəraiti, daha doğrusu, şəraitsizliyi görmək mümkündür. Divarlar uçulub dağılıb, döşəmə çürüyüb, tavan bərbad vəziyyətdədir. Hazırda bağçada 2 qrup üzrə 35 uşaq tərbiyə alır. 8 min nəfərdən çox əhalisi olan kənd üçün isə bu çox aşağı göstəricidir. Oxşar vəziyyət Aşağı Küncüt kənd bağçasında da müşahidə olunur. Yalnız 15 körpənin təhsil və tərbiyə aldığı bağçanın problemləri saymaqla bitmir. Məktəbəqədər təhsil müəssisələri 2021-ci ilin sonlarından Elm və Təhsil nazirliyinin balansına keçib. Şəki-Zaqatala Regional Təhsil idarəsindən verilən məlumata görə, hazırda Şəki rayonunda fəaliyyət göstərən 61 məktəbəqədər təhsil müəssisəsindən yalnız 15-i müvafiq tələblərə cavab verir. Qalan 46 bağçanın binalası əsaslı və ya cari təmirə ciddi ehtiyac duyur. İnanırıq ki, verilən vədlər yerinə yetəcək və yaxın gələcəkdə bu körpə balalar yeni müasir standartlara cavab verən bağça binalarında təhsil alacaqlar.
Published in
XƏBƏRLƏR
Tagged under
Bazar, 25 Sentyabr 2022 07:31
Yay mövsümündə İsmayıllıya hansı ölkələrdən turist gəlib?
Artıq yay öz yerini payızla əvəzlədi. Bununla da yay turizmi öz işinə yekun vurdu. Maraqlıdır, bəs, yay boyunca ölkəmizə gələn qonaqlar daha çox hansı bölgələrimizə səfər edib? Yay aylarında, eləcə də bayram günlərində yerli və xarici qonaqların üz tutduqları bölgələrdən biri də İsmayıllıdır. Rayona daha çox Avropa, Rusiya, Pakistan, Türkiyə və ABŞ-dan xeyli qonaq səfər edib. İsmayıllının uca dağları, sıx meşələri, təmiz havası, çayları, gölləri, şəlalələri, tarixi abidələri qonaqları özünə cəlb edib. Yay mövsümündə İsmayıllıya üz tutan turistlərin səfər etdiyi yerlərdən biri də qədim Basqal qəsəbəsi olub. Burada kənd turizminin inkişafı, eləcə də ərazidə tarixi abidələrin zənginliyi, eyni zamanda, digər turizm obyektlərinin yüksək xidmət göstərməsi qəsəbəyə gələn turistlərin sayını ilbəil daha artırır.
Xatırladaq ki, İsmayıllıda turistlər üçün maraqlı olan 233 tarix və mədəniyyət abidəsi mövcuddur. Onlardan biri - dünya əhəmiyyətli Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətli abidədir. 73 tarix və mədəniyyət abidəsi isə yeni aşkar olunub. Hazırda İsmayıllıda 20-dən çox otel və ailəvi istirahət mərkəzi fəaliyyət göstərir.
Published in
XƏBƏRLƏR
Tagged under
Şənbə, 24 Sentyabr 2022 11:17
Vaxtından əvvəl doğulmuş uşaqlarda diqqət etməli olduğumuz amillər | Həkimcanlı 24.09.2022
Published in
HƏKİMCANLI
Tagged under
Şənbə, 24 Sentyabr 2022 08:27
Aqrar Sığorta Fondunun Şəkidə nümayəndəliyi açıldı...
Bu gün Şəkidə Aqrar Sığorta Fondunun nümayəndəliyinin açılışı olub. Həmçinin icra, bələdiyyə nümayəndələri, sığorta şirkətləri və fermerlərin iştirakı ilə Aqrar Sığorta Fondu sistemin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı “Kənd təsərrüfatının inkişafında aqrar sığortanın əhəmiyyəti” adlı görüş keçirilib. Aqrar Sığorta Fondunun yeni yaradııan Şəki Filialı fermerlərə aqrar sığorta sistemi ilə bağlı daha yaxşı xidmət göstərmək, həmçinin təsərrüfatlarda yaranan risklərə çevik reaksiya vermək baxımından əhəmiyyətli rol oynayacaq. Filial Şəki-Zaqatala bölgəsindən olan fermerlərin tələb və təkliflərini dinləmək , onlara müstəqil ekspertlərlə daha sıx və operativ əməkdaşlıq etmək imkanı yaradacaq. Daha sonra Aqrar sığorta xidmətinin keyfiyyətini artırmaq, zərərlərinin qarşılanmasında istehsalçıların və fermerlərin məmnuniyyətini yüksəltmək, xidmətlərin daha əlçatan olması məqsədilə “Kənd təsərrüfatının inkişafında aqrar sığortanın əhəmiyyəti” adlı görüş baş tutub. Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən icra, bələdiyyə nümayəndələri, sığorta şirkətləri və fermerlərlə birbaşa əməkdaşlıq edən qurumların təmsilçiləri, DAİM-in əməkdaşları iştirak ediblər. Görüşdə payızlıq əkin mövsümünün başlanması ilə əlaqədar yerlərdə fermerlərin aqrar sığorta haqqında maarifləndirilməsi, sığorta ilə bağlı müraciətlərin vaxtında edilməsi istiqamətində birgə fəaliyyətin təşkili əsas müzakirə mövzusu olub. Qeyd edilib ki, hazırda fond tərəfindən 48 məhsul və 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır. Bitkiçilik məhsulları bir çox risklərdən o cümlədən dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, donvurma, normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalanır. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bölgələrdə aqrar sığorta ilə bağlı maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib. Tədbirin davamı olaraq Şəkidə fəaliyyət göstərən müasir fermer təsərrüfatları ilə tanışlıq olub. Xatırladaq ki, fermerlərə dəstək məqsədilə hesablanan sığorta haqqının 50 faizini dövlət ödəyir.
Published in
XƏBƏRLƏR
Tagged under
Cümə, 23 Sentyabr 2022 10:07
Məktəblilərin təhlükəsizliyi necə qorunur?
Bir neçə gün öncə Şəkidə məktəbdən qayıdan 4-cü sinif şagirdini oğurlamağa cəhd göstərən şəxslə bağlı iddialar valideynlər arasında böyük təşvişə səbəb olub. Övladlarını məktəbə və ya çölə tək buraxan valideynlər bu hadisədən sonra artıq ehtiyyat edir. Hadisələrin fonunda çəkiliş qrupumuz məktəblərə üz tutub. Təhsil ocaqlarında təhlükəsizlik tədbirləri hansı səviyyədədir - onu araşdırmışıq. İzləyək... Hazırda məktəblərdə 1-ci sinifdən 6-cı sinifədək olan şagirdlər əsasən valideynlər tərəfindən məktəb müəllimlərinə təslim edilir, dərs bitdikdə isə müəllimlər tərəfindən şagirdlər öz valideynlərinə təhvil verilir. Məktəblərdə bu cür hallara qarşı mütəmadi olaraq maarifləndirmə tədbirləri görülsə də, təəssüflər olsun ki, uşaqların qaçırılmasına cəhd faktları yenə də var. Hazırda Şəkidə bir sıra məktəblərdə kamera müşahidə sistemləri mövcuddur və şagirdlərin bu üsulla təhlükəsizliyi təmin edilir. Ancaq bu təhlükəsizlik yalnız təhsil ocağının sərhədləri çərçivəsində həyata keçirilir. Məsələ ilə bağlı psixoloqlar bildirir ki, cəmiyyətdə hamı eyni səviyyədə deyil və bu səbəbdən də uşaq oğurluqları ilə qarşılaşırıq. Bu cür halların qarşısını almaq üçün uşaqlar daim valideyn nəzarətində olmalıdırlar. Böyük ölkələrdən fərqli olaraq ölkəmizdə uşaqların qaçırılması o qədər də geniş vüsat almayıb. Ancaq bu statistikanın artmaması üçün valideynlərlə yanaşı, aidiyyatı qurumlar da ayıq-sayıq olmalıdır.
Published in
XƏBƏRLƏR
Tagged under