Super User

Super User

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 3 ton 800 kiloqram olan 2440 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.

 

 
Qaxda minik avtomobili radar quraşdırılan dirəyə çırpılıb. Hadisə gecə saatlarında Qax-Şəki avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Şəki istiqamətində hərəkət edən Tərtər rayon sakininin idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarında radar quraşdırılmış dəmir dirəyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin - Tərtər rayon sakini 34 yaşlı Rəqsanə Həsənova aldığı ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Məlumata görə, qəzaya düşən avtomobil Balakən rayonundan Tərtər rayonuna gedirmiş. Qəza baş verən zaman avtomobildə azyaşlılar da daxil 7 nəfər olub. Onların hamısı bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.

 

 
Çərşənbə, 12 Oktyabr 2022 17:24

Şəhid Fərid Ramazanovun xatirəsi anılıb...

Şəhid gizir Fərid Ramazanovun ölümünün ikinci ildönümündə xatirəsi anılıb. Şəhidin məzarı başına toplaşanlar ruhuna dualar oxuyub, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Qaxın Qum kəndində dünyaya göz açan Fərid xidməti bitirdikdən sonra yenidən ordu sıralarında gizir kimi fəaliyyətə başlayıb. Ailəsi deyir ki, uşaqlıqdan hərbçi olmaq həvəsi ilə böyüyən Fərid Vətən müharibəsi başlayan gündən Fərid də döyüşlərə qatılaraq Azərbaycanın bütövlüyü uğrunda vuruşmağa başlayıb. Mərdliklə düşmənə qarşı mübarizə aparan igid Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Şəhid Fərid Ramazanovun bir oğul övladı Vətənə əmanət qalıb. Ölümündən sonra dünyaya gələn qardaşı övladın isə Fəridin adını daşıyır. Beləliklə Ramazanovlar ailəsində daha bir Fərid böyüməkdədir. Qeyd edək ki,Fərid Ramazanov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Suqovuşanın azad olunmasına görə” və “Vətən Uğrunda” medalları ilə təltif olunub.

Çərşənbə, 12 Oktyabr 2022 11:28

Ölümü ilə əbədiyyətə qovuşanlar...

Şamaxının Bağırlı kəndin anadan olan Naiq Ələkbərov  Tibb Universitetinin Hərbi Tibb Fakültəsində təhsil alıb. 2014-2015-ci illərdə “gizir” hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2015-ci ildən etibarən Xüsusi Təyinatlı Qüvvələrin cərgəsinə qoşulub. Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətində  kəşfiyyatçı kimi iştirak edib.  Azərbaycan Ordusunun giziri olan Naiq Ələkbərov Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərə də qəhrəmanlıq göstərib. Onun xidmət etdiyi bölmə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Növbəti döyüşlərin birində isə gizir Naiq Ələkbərov şəhidlik zirvəsinə ucalıb. Naiq Ələkbərov  ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Kəlbəcərin, Füzulinin və Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Xatırladaq ki, şəhid Nail Ələkbərovun atası Faiq Ələkbərov birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Hazırda qardaşı da ordu sıralarında xidmət edir.  

Kənardan baxdıqda müasir binası olan Şəki şəhər 14 saylı tam orta məktəb təəssüf ki, qaranlığa qərq olub. Elektrik enerjisinin olmaması səbəbindən məktəbdə nəinki müasir texnologiyalarla dərs keçmək, su belə tapmaq mümkün deyil. Məktəbdə çəkilişlə bağlı hər nə qədər çətinlik yaşasaq da öyrəndik ki, işığın olmamasına səbəb paylayıcı trasformatorda yaranan nasazlıqdır. Bu səbəbdən bir aya yaxındır ki, dərslər qaranlıqda keçirilir. Şin kənd orta məktəbində də eyni vəziyyət hökm sürür. May ayında baş verən təbii fəlakətdən sonra elektrik enerjisinə həsrət qalan məktəbin kollektivi və sakinlərin müraciət etmədikləri qurum, döymədikləri qapı qalmayıb. Ancaq məktəb elektriklə təmin edilmir ki, edilmir. Qış fəslinin yaxınlaşması isə istiliyi elektrik enerjisi ilə təmin olunan məktəbin valideynlərini daha da nartahat edir. Şəki Elektrik Şəbəkəsindən isə verilən məlumata görə, problemlə bağlı ilk öncə rəsmi qaydada ASAN Xİdmət MƏrkəzinə müraciət edilməli, smeta hazırlanmalı ardınca dövlət rüsumu ödəndikdən sonra problem həll edilməlidir. Aradan keçən bu müddət ərzində quruma heç bir rəsmi müraciət edilmədiyindən hələlik problemin həlli istiqamətində də addım atılmayıb. Ümid edirik soyuqlar düşmədən aidiyyatı qurumlar arasındakı anlaşmazlıq aradan qalxar və gələcəyimiz olan körpələrin keyfiyyətli təhsil almaq hüququna ciddi əngəl törədən bu problem də həll olunar.

547 -dən səhifə 669

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S