Super User

Super User

Zaqatalada 2012-ci ildə baş verən yeraltı təkanlar nəticəsində tamamilə dağılmış, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi məqsədilə sakinlərə səyyar qeydiyyat xidməti göstərilib. Rayonda bu qəbildən olan 5 min ev siyahıya alınıb. Əmlak Məsələləri Dövlət Xidməti Gəncə, Şəki, Yevlax, Şirvan, Balakən və digər bölgələrdə də səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.

Şənbə, 22 Oktyabr 2022 18:00

Nrkomaniya qarşı tədbir keçirilib...

Qax şəhər Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı birgə olaq” mövzusunda tədbir keçirilib. Rayon polis şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları, veteranlar, müəllimlər və şəhər ərazisində yerləşən beş tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. “Ağ ölüm”ün cəmiyyət üçün yaratdığı problemlərdən söz açan polis əməkdaşları yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, bu bəlaya qarşı mübarizədə hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Sonda narkomaniyanın acı nəticələrini özündə əks etdirən videoçarx nümayiş olunub və mövzu ilə əlaqəli şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Bulaq şəhidlərin doğulub boya- başa çatdığı Şəki şəhərində istifadəyə verilib. Mərasimdə şəhidlərin ailə üzvləri, digər şəhid ailələri, məktəblilər, rayon ictimaiyyəti iştirak edib. Çıxış edənlər şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan qürurla danışıb, onlarla bağlı xatirələrini bölüşüblər. Ardınca şəhidlərin ruhuna dualar oxunub. Məktəblilər də vətənpərvər ruhda şeirlər ifa ediblər. Qeyd edək ki, Baş leytenant Fərid İzzətli Xocavənd uğrunda gedən döyüşlərdə, Şəhid Elşən İbrahimov isə Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.

 

 
Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Şəhidlik Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Elə haqqında söhbət açacağımız Elyar Əliyevdə o şəhidlərdən biridi. Qobustanda Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Vəliyevin doğum günündə xatirəsi anılıb. Mərasimdə şəhidlərimizin ailə üzvləri, yaxınları, rayon ictimaiyyəti və məktəblilər iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub. Çıxış edənlər şəhidin həyatından və döyüş yolundan, onunla bağlı xatirələrindən danışıblar, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, Vətən müharibəsi şəhidlərinin irsinin öyrənilməsinin vacibliyinə diqqət çəkiblər. Məlumat verilib ki, Azərbaycan Ordusunun giziri Elyar Vəliyev Vətən müharibəsi zamanı Fizulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 2020-ci il oktyabrın 19-da qəhrəmancasına şəhid olub. Qeyd edə ki, Elyar Vəliyev "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, "Vətən uğrunda", "Cəbrayılın , Füzulinin və Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şənbə, 22 Oktyabr 2022 15:59

Evdə Tək | Baxmaq Qadağandır #3

Qaxda böyük türk şairi və filosofu Yunus Əmrəyə həsr olunmuş “Yunus Əmrə sözünün Türk Özünüdərkinə təsiri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Türk Ağsaqqalları Birliyinin, Rayon İcra Hakimiyyətinin rəsmiləri, tanınmış alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Oncallı kəndində Yunus Əmrənin məzarı ziyarət edilib. Daha sonra Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda böyük türk xalqının yetirdiyi ən parlaq simalardan birinə - Yunus Əmrəyə həsr olunan elmi-praktik konfransın Qaxda keçirilməsinin heç də təsadüf olmadığı, sufi şerinin görkəmli nümayəndəsinin dəfn edildiyi ehtimal olunan məzarlardan birinin də rayonun Oncallı kəndi ərazisindəki Oğuz qəbiristanlığında olduğu diqqətə çatdırılıb. Həmçinin "Türk birliyinin möhkəmləndirilməsi tarixi zərurət kimi" mövzusunda məruzə edilib. Konfrans Yunus Əmrənin yaradıcılığına aid bədii proqramla başa çatıb.
Yarmarkanın keçirilməsində məqsəd Şəki-Zaqatala regionunda yaşayan fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaqdır. Yarmarkada 20-dək təchizatçı, bank, lizinq və sığorta şirkəti öz məhsul və xidmətlərini fermerlərə təqdim ediblər. Tədbirdə texnikaların işinin nümayişi olub, viktorinalar keçirilib. Yarmarka fermerlər tərəfindən böyük maraqla qarşılanıb.
542 -dən səhifə 669

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S