Super User
Şənbə, 29 Oktyabr 2022 17:44
Dərmansız bel ağrılarına son! | Həkimcanlı 29.10.2022
Published in
HƏKİMCANLI
Tagged under
Şənbə, 29 Oktyabr 2022 17:33
Şəhid Səbuhi İsgəndərlinin xatirəsi anılıb...
Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan, düşmənə mərdlik, cəsurluq dərsi verən Dövlət Sərhəd Xidmətinin əsgəri Səbuhi İsgəndərlinin anım günü qeyd edilib. Anım günündə şəhidin ailəsi, döyüş yoldaşları, şəhid və qazi ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə şəhidin qəbri ziyarət edilib, ruhuna dualar oxunub. Ardınca Şəki şəhər 11 saylı orta məktəbdə keçirilən tədbirdə çıxış edənlər Səbuhi İsgəndərli haqqında xatirələrini bölüşüb, onun keçdiyi şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi igidlikdən qürurla danışıblar. Vurğulanıb ki, Səbuhi uşaq yaşlarından qayğıkeş, mehriban, vətənpərvər bir insan kimi böyüyüb. Vətənə olan sevgisi, bağlılığı onu müharibənin ilk günlərindən ön cərgədə olmağa vadar edib. Rəsmi hissədən sonra şagirdlərin ifasında şəhidlərə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub.
Published in
XƏBƏRLƏR
Tagged under
Şənbə, 29 Oktyabr 2022 17:14
Zaqatalada fərdi yaşayış evi yanıb...
Gecə saatlarında rayonun Əliabad qəsəbəsində Nurəddin Balaxanova məxsus, ümumi sahəsi 180 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Published in
XƏBƏRLƏR
Tagged under
Şənbə, 29 Oktyabr 2022 14:09
Mirbala Səlimli: "Dadlı yemək istəyən şəkili qızla ailə qursun"| Sənətdəsən 29.10.2022
Published in
SƏNƏTDƏSƏN
Tagged under
Şənbə, 29 Oktyabr 2022 13:32
Boz Qobu - balıq, ördək ovu | Eldən Çölə 28.10.2022
Published in
Eldən Çölə
Tagged under
Şənbə, 29 Oktyabr 2022 12:43
Təşviş yaradan sahibsiz itlər...
Demək olar ki, ölkənin hər yerində sahibsiz itlərin sayının xeyli artması və insanlara hücum etməsi ilə bağlı xəbərlər yayılır. Bu məsələ İsmayıllı rayonunda da ən ciddi problemlərdən birinə çevrilib. Elə it dişdəmələri ilə bağlı statistikaya nəzər saldıqda da məsələnin nə dərəcədə ciddi olduğunu görmək mümkündür. Amma rayon rəhbərliyi sakinlərin bu narahatlığını görüb örnək bir addım atıb. Beləcə həm insanlar artıq rayonda rahat gəzəcək, həm də aclıq, səfalət içində yaşayan heyvanlar rahatlığa qovuşacaq..
Son zamanlar İsmayıllı rayonunda sahibsiz itlərin sayı həddən artıq çoxalıb. Küçələrdə, yol kənarlarında, hətta şəhərin mərkəzində belə sürü ilə gəzən itlərə rast gəlinir. Bu problem sakinlər, eləcə də rayona gələn qonaqlar üçün ciddi təhlükə yaradır.
Sahibsiz itlər vaksin olunmadığı üçün quduzluq xəstəliyinin də əsas daşıyıcılarıdır. Elə sakinlərin ən böyük narahatlığı da məhz bu xəstəliyin yayılması ilə bağlıdır. Ancaq tezliklə İsmayıllıda sahibsiz itlərin sakinlərə yaratdığı problem tarixə qovuşacaq. Çünki şimal-qərb bölgəsində ilk dəfə olaraq məhz İsmayıllıda sahibsiz itlər üçün sığınacaq yaradılıb. Rayonun Quşencə kəndinin yaxınlığında sığınacağın inşası ilə əlaqədar torpaq sahəsi ayrılıb , sığınacaq tikilib və heyvanların rahatlığını təmin etmək üçün hər cür şərait yaradılıb.
İsmayıllı rayon ərazisində sahibsiz itlər toplanaraq sığınacağa təhvil veriləcək. Burada həmin heyvanlar peyvəndlənəcək, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyat aparılacaq. Mərkəzdə müalicə olunmuş sahibsiz heyvanlara fərqləndirici nişanlar vurulacaq. Rayon Kommunal Təsərrüfat İdarəsinin tabeliyində yaradılan sığınacaqda ilkin olaraq 100-ə yaxın sahibsiz itin saxlanılması mümkün olacaq.
Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüs və təşkilatçılığı ilə həyata keçirilən layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədini daşıyır.
Published in
XƏBƏRLƏR
Tagged under
Şənbə, 29 Oktyabr 2022 10:18
İsmayıllıda faciəvi qəza...
İsmayıllIda ölümlə nəticələnən yol qəzası baş verib. İvanovka qəsəbəsi ərazisində rayon sakini, 64 yaşlı Fazil Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildəki sərnişinlərdən biri, sürücünün həyat yoldaşı 61 yaşlı Fatma Abdullayeva hadisə yerində ölüb. Sürücü və digər 2 sərnişini - qızı Mətanət Abdullayeva, qohumu Nübar Ələkbərova isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Published in
XƏBƏRLƏR
Tagged under
Cümə, 28 Oktyabr 2022 13:27
Zəhərli zobun birdəfəlik müalicəsi | Həkimcanlı 28.10.2022
Published in
HƏKİMCANLI
Tagged under
Cümə, 28 Oktyabr 2022 13:05
Hə, at otuz kiloqram arıqladı | Hacı Dayının Nəvələri 28.10.2022
Published in
Hacı dayının nəvələri
Tagged under
Cümə, 28 Oktyabr 2022 08:19
Namiq Fərhadoğlu "Artıq qalmaqallı verilişlərə getməyəcəm" | Kim var, Kim yox? 27.10.2022
Published in
Kim var, kim yox?
Tagged under