Super User

Super User

Çərşənbə axşamı, 01 Noyabr 2022 13:59

Müəmmalı dairələr | Sirlər 29.10.2022

Bazar ertəsi, 31 Oktyabr 2022 20:16

Xurma bol, alıcısı yoxdur...

Bazar ertəsi, 31 Oktyabr 2022 19:40

Növbəti zəfər forumu İsmayıllıda keçirildi...

Forumunda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, hərbi qulluqçular qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, Vətən müharibəsində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşulan İsmayıllı sakinləri həm ön, həm də arxa cəbhədə öz vətəndaşlıq borclarını yerinə yetirərək, sona kimi Ali Baş Komandanın yanında olublar.  Forum iştirakçıları adından Prezident İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.Tədbir iştirakçıları Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar. Qeyd edək ki, növbəti forumlar Sabirabad və Bakıda keçiriləcək.

Bazar, 30 Oktyabr 2022 09:21

Dəyirman ununa təlabat artır...

İlisu kəndində yerləşən dəyirman ötən əsrin ortalarından etibarən fəaliyyətə başlayıb və uzun illər su ilə işləyib. Bir müdətdən sonra su, elektrik mühərriki ilə əvəzlənib. Dəyirmanın əsas funksiyası taxıl məhsullarını əzib üyüdərək un halına gətirməkdir. Dəyirman iki böyük daşdan və fırladıcı qurğulardan ibarətdir.  Dəyirmançı Rəşad Bəkirov deyir ki,  bir gündə bir tona qədər taxıl məhsullarını üyütmək mümkündür. Dəyirmanda üyüdülən qara undan bişirilən çörək isə bir çox xəstəliklərin dərmanıdır. Əsasən də şəkərli diabet xəstələri təbii dəyirman unundan daha çox istifadə edirlər. Dəyirmançı söyləyir ki, son illər qara una, o cümlədən qarğıdalı ununa da təlabat artıb. Dəyirmana hətta ətraf rayonlardan da üyütmək üçün dənli bitkilər gətirilir. Dəyirmançı ata-babalarından ona yadigar qalan bu sənəti qoruyub gələcək nəsillərə çatdırmağı özünə borc bilir. 

Ötən il fəaliyyətə başlayan Şamaxı Üzüm Tingçilik Mərkəzi üzüm və digər meyvə tinglərinin istehsalı üzrə dünyanın ən qabaqcıl seleksiya şirkətləri ilə əməkdaşlığı davam etdirir. İspaniya şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən tingçilik mərkəzində bu şirkətə məxsus yeni meyvə sortlarının yetişdirilməsi və ixracı təşkil edilir. Xarici və yerli mütəxəssislərlə birgə Şamaxıda 50-dən artıq fermerə yeni meyvə seleksiya nailiyyətlərinin təqdimatı keçirilib.  Təqdimatda İspaniyalı mütəxəssislər  yeni meyvə seleksiya nailiyyətləri və üzüm tinglərinin istehsalı prosesi haqqında danışıb.  Fermerlərin sualları cavablandırılıb və onlara məsləhətlər verilib. Sonra Şamaxı Üzüm Tingçilik Mərkəzinə səfər edilib, yeni salınmış kolleksiya bağları, istixana kompleksi, calaq prosesi və tinglər fermerlərə nümayiş olunub. Qeyd edək ki, respublikada tingçilik sahəsinin inkişaf etdirilməsi Kənd Təsərrüfatı Nazirliyinin əsas hədəflərindən biridir.  Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılmasında əsas məqsəd respublikanın meyvəçilik təsərrüfatlarını xəstəlik və zərərvericilərdən azad, sertifikatlı, bəyan edilən sorta doğru və müxtəlif iqlim şəraitlərinə adaptasiya qabiliyyətli əkin materialları ilə təmin etməkdir.

İldən-ilə iqlim dəyişikliklərinin kənd təsərrüfatının müxtəlif sahələrinə təsirləri daha aydın hiss olunur və məhsuldarlıq göstəricilərinin aşağı düşməsinə səbəb olur. Bu baxımdan qlobal iqlim dəyişikliyinin səbəb olduğu suvarma ilə bağlı çətinliklərin həllində torpaq və resursqoruyucu texnikalar, müasir texnologiyaların tətbiqi zərurətə çevrilir.   Təqdim edilən yeni  texnologiyalar bu baxımdan  taxıl əkinində fermerlərin işini asanlaşdıracaq. Müşavirədə    şirkətlər tərəfindən nümayiş etdirilən torpaq və resursqoruyucu texnikalara, həmçinin gübrə və pestisidlərə baxış keçirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  Öryət və Şəki kəndlərində müxtəlif innovativ və kombinə edilmiş çoxfunksiyalı, torpaq və resurs qoruyucu texnikaların tarla şəraitində iş prinsipi əyani olaraq nümayiş etdirilib. Yeni texnikalarla yığımın daha çevik aparılması növbəti əkinə zamanında başlamağa imkan verir. Eyni zamanda bu texnikalar torpağa ziyan vermədən, quru və demyə topraqlarda əkin işlərini zamanında həyata keçirməyə imkan yaradır, torpağın üst münbit qatı qorunur, atmosferə atılan zəhərli qazların təsiri azalır. Sonda onu da qeyd edəki ki, bu texnalogiyadan istifadə edəcək fermerlər ənənəvi üsulda 2 dəfə səpinqabağı əməliyyat aparmalıdır ki, bu da maliyə cəhətdən fermerə ən azı 100 azn başa gəlir. Ancaq bu texnologiyadan istifadə zamanı əlavə xərclərdən birdəfəlik qurtulacaqlar.

538 -dən səhifə 669

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S