Elm və Təhsil Nazirliyi, Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş, "Balakən məktəblilərin Natiqlik yarışı" layihəsi uğurla yekunlaşıb. Layihə çərçivəsində ilk öncə Balakən rayonunun 7 məktəbində layihənin təqdimatları keçirilib. Təqdimatlardan sonra qeydiyyat linki yaradılıb, yarışda iştirak etmək istəyən şagirdlər qeydiyyatdan keçdilər. Qeydiyyat linkində verilən suallara daha dəqiq və düzgün cavab verən şagirdlər yarışda iştirak etmək hüququ qazandılar. 25 nəfər şagirdə 3 gün müddətində mentor xidməti göstərilib. Daha sonra isə 25 nəfər şagird hər biri 6 dəqiqə müddətində çıxış edərək ən yaxşı natiq adı uğrunda mübarizə apardılar. Münsiflər heyyəti tərəfindən qiymətləndirilən şagirdlər arasında qaliblər müəyyənləşdirilib. Sonda qaliblərə qiymətli hədiyyələr, iştirakçılara isə sertifikat təqdim olunub.