Super User
Zaqatala Arıçılar Birliyinin sədri Mövlüddin Qurbanəliyev "Sənətdəsən"də 08.10.2022
Müəllimlərin etiraz etdiyi direktor işdən çıxarıldı…
Ötən burxılışlarımızdan birində Şəkinin Cəfərabad kəndində müəllimlərin direktorla bağlı etirazını gündəmə gətirmişdik. Təhsil nazirliyi də məsələ ilə bağlı araşdırma başlatmışdı. Həmin araşdırmanın nəticəsi artıq açıqlanıb. Belə ki, müəllimlərin etiraz etdiyi Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin direktoru işdən çıxarılıb.Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbdə araşdırma aparılıb və bir sıra nöqsanlara yol verildiyi aşkara çıxarılıb. "Müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, məktəbin direktoru Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib". Qeyd edək ki, etirazın əsas səbəbi ötən il korrupsiya və digər neqativ əməllərinə görə işdən azad olunmuş direktor Rahim Salamovun yenidən işə qayıtması olub.
Aktrisa Səmayə Nəbiyeva və aktyor Əmrulla Nurullayev "Nahara az qala"da 11.10.2022
Qohum nikahların səbəb olduğu genetik xəstəliklər | Doktor Mən 11.11.2022
Şabalıd bağları məhv olmaq təhlükəsi ilə üz-üzə...
Zaqatalanın Meşleş,Yuxarı Tala,Car,Yuxarı Çardaqlar,Əzgilli,Qalal, Qas və başqa dağətəyi kəndlərində sakinlərin əsas gəlir mənbəyi şabalıd bitkisidir. Artıq bir həftədir ki, şabalıd yığımına başlanılıb.Şabalıd yığıldıqdan sonra isə anbara vurularaq satışa çıxarılır. Son illər şabalıd ağaclarında yayılan xəstəlik və ağacların kütləvi quruması bazar qiymətlərinə də təsir edib. Hazırda şabalıd iri və ya xırdalığından asılı olaraq bazarlarda 3-7 manata satılır. Yeni il, Novruz bayramı öncəsi isə təlabatın çoxalması ilə əlaqədar qiymətlərdə ənənəvi artım müşahidə olunur. Son 15 ildə şabalıd ağaclarında aşkarlanan gövdə yanığı və qara xərçəng kimi xəstəliklərdən xeyli sayda ağac quruyaraq məhv olub. Bu il isə bağlarda yayılan yeni və daha təhlükəli xəstəlik şabalıd ağaclarının yenidən kütləvi şəkildə quruyaraq, məhv olmasına gətirib çıxara bilər. Xəstəliyin törədicisi yarpaqları məhv edən brifosmos urifilus həşəratıdır. Bundan əlavə, bir şabalıd tinginin böyüyərək bar verməsi üçün 15-20 ilədək vaxt lazımdır. Bir əsrdən çox yaşları olan şabalıd bağlarının kütləvi quruması, dağətəyi kəndlərdə yaşayan sakinlərin dolanışığına təsir etdiyi kimi, bölgədə arıçılığa da mənfi təsir göstərəcək. Şabalıd çiçəyi əsas balgətirən çiçəklərdən olmaqla yanaşı, şabalıd balıda olduqca xeyirli və bir çox xəstəliklərin dərmanıdır. Artıq kütləvi yayılmağı müşahidə edilən bu xəstəliklə hansısa bağ sahibinin təkbaşına mübarizə aparması mümkünsüzdür. Vaxtında genişmiqyaslı mübarizə tədbirləri görülməsə, şabalıdın əksər növləri tamamilə məhv ola bilər.
Uzman pediatr Gülnar Əzimova "Həkimcanlı"da 11.10.2022
Şəkidə cüdo üzrə region birinciliyi keçirilib…
Şəki şəhərində U 15 və U-18 yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib. Şəki Olimpiya İdman Kompleksində keçirilən yarışda Şimal-Qərb regionunu təmsil edən 11 komandadan cüdoçular iştirak edib. Yarış Azərbaycan Cüdo Federasiyası tərəfindən təsdiq edilmiş, qaydalara əsasən keçirilib. Sonda qalib gələn idmançılar diplom və medallarla təltif ediliblər.
Quru maaşa işləyir? | Hacı Dayının Nəvələri 11.10.2022
Üzərində narkotik vasitə daşıyan şəxs tutulub...
Şəki Şəhər Polis Şöbəsi əməkdaşlarının tərəfindən keçiridiyi əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Rayon sakini Rüstəm Xəlilov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilən zaman 2 kiloqram 65 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Rüstəm Xəlilov ifadəsində narkotik vasitəni becərdiyi çətənə kollarından əldə etdiyini və satış məqsədilə üzərində daşıdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.