Super User

Super User

Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə avqustun 30-da günorta saatlarında başlanan yanğının söndürülməsi istiqamətində işlər davam edir. Yanğının söndürülməsində FHN-in Aviasiya dəstəsinin helikopteri də iştirak edir. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata əsasən “Yanğın sahəsi hazırda 30 hektaradək ərazini əhatə edir. Yanğın hələlik tam lokallaşmayıb. Hazırda yanğının bütün perimetrləri boyunca işlər görülür. Hazırda yanğının baş verdiyi ərazidə Zaqatala rayon DYMH-nin 100 nəfər şəxsi heyəti, həmçinin digər qurumların əməkdaşları, sakinlər yanğınla mübarizə aparırlar.

Şəki rayonunun Baş Göynük kəndi ərazisində yerləşən 3 mağazadan oğurluq edilib. Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus obyektlərdən 9000 manat dəyərində ərzaq məhsullarının, tütün məmulatlarının, enerji içkilərinin, mobil telefon danışıq kartlarının və kassada olan nəğd pulun oğurlandığını bildiriblər. Daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Baş Göynük kənd sakini Nazim Məmmədov saxlanılıb. İstintaq zamanı həmin şəxsin oğurluq etdiyi gecə öz həmkəndlisinə məxsus “VAZ-2107” markalı avtomobili də qəsdən yandırdığı müəyyən olunub. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarının bir qismini dəyərindən ucuz qiymətə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zaqatalanın Yuxarı Tala kəndi ərazisində dağlıq meşəlik ərazidə baş verən yanğının söndürülməsi üçün əraziyə cəlb olunan müvafiq qrumlar tərəfindən yanğının söndürülməsi üçün iş aparılır. Baş vermiş yanğının söndürülməsinə Zaqatala YMH-nin texnikası və canlı qüvvəsi, Zaqatala regional meşə təsərrüfatı idarəsinin, ETSN -nin, Zaqatala rayon polis şöbəsinin əməkdaşları və yerli əhali cəlb olunub. Yanğın nəticəsində yerdəki xəzəl, kol-kos və ərazidə yıxılmış quru ağaclar yanır. O cümlədən FHN-nin 2 helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən nəzarət-yoxlama tədbirləri zamanı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək digərlərinə də təhlükə yaradan sürücü saxlanılıb. “VAZ-2107” markalı avtomobilin sürücüsü, Şəki şəhər sakini Asif Məmmədov yol-hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı həmin şəxsin sərxoş olduğu aşkarlanıb. Həmçinin, öz əməlinə haqq qazandırmaq üçün polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayan sürücü xırda xuliqanlıq hərəkətlərinə yol verib. Asif Məmmədov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 10 sutka inzibati həbs olunub. Qeyd edək ki, həmin sürücü əvvəllər də avtomobili sərxoş halda idarə etdiyinə, eləcə yol-hərəkəti qaydalarını müxtəlif üsullarla pozduğuna görə, barəsində son 1 il ərzində 9 dəfə inzibati tənbeh tədbiri görülüb
Müşavirədə nazirlik əməkdaşları, bölgədə fəaliyyət göstərən nazirliyin qurumları və fermerlər iştirak ediblər. Müşavirə taxılçılıqda mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr edilib. Çıxış edənlər bildirib ki, Şəki ölkənin ən iri taxılçılıq bölgələrindən biridir və ölkənin 10% taxılı burda istehsal edilir. Ancaq cari ildə yaşanan quraqlıq səbəbindən Şəkidə 17 min hektar sahənin məhv olması məhsuldarlığa mənfi təsir göstərib. Bu səbəblədə müşavirədə Şəkidə və ətraf rayonlarda taxılçılıq üzrə son 10 ildə mövcud vəziyyət təhlil edilib. Bu vaxt ərzində olunan dəyişikliklər, iqlim dəyişikliyi, yeni toxumlar və texnalogiyalar barədə fermerlərə ətraflı məlumat verilib. Analoji halın təkrarlanmaması üçün bütün aqrotexniki qulluqların vaxtında və yerindən görülməli olduğu fermerlərə tövsiyyə edilib. Eyni zamanda iqlim şəraitinə uyğun yeni növ toxumların istifadə edilməsinin vacibliyi vurğulanıb. Belə ki, əsas məqsdələrdən biri ərzaqlıq baxımından keyfiyyətli məhsul istehsalı həyata keçirməkdir. Tədbirin sonunda öz fəaliyyəti ilə fərqlənmiş fermer, aqronom və mexanizatorlara fəxri diplomlar verilib və fəaliyyətlərində uğurlar arzulanıb.
Ötən gün İsmayıllı rayonunda baş verən yanğın axşam saatlarında söndürülüb. Yanğın rayonun Şəbiyan kəndinə yaxın ərazidə baş veriHadisə barədə Fövqəladə Hallar Nazirliyinı “112 qaynar xətt” mərkəzinə məlumat verilib və dərhal əraziyə rayon yanğından mühafizə hissəsinin 3 maşını və 30 nəfər canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və meşəlik ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində 5 hektar kol-kos və örüş sahəsi yanıb. Hazırda yanğının baş verməsinin səbəbləri araşdırılır.
Çərşənbə axşamı, 30 Avqust 2022 14:07

Şəkidə səllim itlər 74 yaşlı kişiyə hücum çəkib...

Şəki şəhər sakin Vaqif Yusubov yoldan keçərkən səllim itlər ona hücum edib və xəsarət yetiriblər. Hadisə Sabit Rəhman küçəsində baş verib. Vaqif Yusubov üz, əl, qol və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənin sözlərinə görə, anidən küçədə yatan itlər ona tərəf hücuma keçiblər və yolun ortasında onu yıxaraq sürüyüblər. Vaqif Yusubovun köməyinə ətrafdakı insanlar yetişib. Onlar dərhal itləri qovub və zərərçəkəni xilas ediblər. Daha sonra təcili yardım briqadası çağrılıb və Vaqif Yusibov xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib və quduzluq əlehinə vaksin vurulub, ambulator müalicə üçün evə buraxılıb. Hadisənin səhər saatlarında olması isə sakinlərin çox böyük narahatlığına səbəb olub. Belə ki, gündüz saatlarında səllim itlərin rahat şəkildə dolaşması və vətəndaşlara hücum etməsi sakinlərin qorxusunu birə-beş artırıb. Sakinlər küçəyə uşaqları buraxmaqdan qorxduqlarını və səllim itlərə qarşı qısa zamanda tədbir görülmələrini istəyirlər.
560 -dən səhifə 669

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S