Super User

Super User

Çərşənbə axşamı, 30 Avqust 2022 13:34

Zaqatalada dağlıq-meşəlik ərazidə yanğın baş verib...

Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. Hadisə yerinə FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. Yanğının söndürülməsi üzrə iş aparılır.

Şəhid olan Aqil Mirzəliyevin ad günündə adı verilən küçədə barelyefin açılış mərasimi olub. Mərasimdə RİH-nin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri həmçinin Qəbələ rayonundan olan bir qrup şəhid ailələri iştirak ediblər. Əvvəlcə Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət edilib, ardınca Aqil Mirzəliyevin adını daşıyan küçədəki barelyefin açılışı olub. Çıxış edənlər şəhidin mənalı həyatından və qəhrəmanlıq nümunəsi olan döyüş yolundan danışıblar. Bildirilib ki, A. Mirzəliyev döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni” ilə təltif edilib. Mərasim məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlə davam edib.
 
Bazar ertəsi, 29 Avqust 2022 14:26

Qəbələdə ümumrayon iməciliyi keçirilib...

Qəbələdə hamı birlikdə rayonun təmizliyinə tövhə verib. Rayonda ümumrayon iməcliyi keçirilib. Aksiyaya rayonda fəaliyyət göstərən bütün təşkilat və müəssisələrin kollektivləri həvəslə qatılıblar. Əsasən, əhalinin sıx məskunlaşdığı ərazilər, H.Əliyev prostpekti, Elçin Kərimov, Zərifə Əliyeva, 28 may, Polad Həşimov, Həzi Aslanov, Sahil, və s. küçələr, həmçinin parklar, magistral yollar və küçələr təmizlənib, mövcud yaşıllıqlara xüsusi diqqət göstərilib, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənərək daşınıb. Tədbirdə idarə, müəssisələrin kollektivləri və rayon könüllüləri fəal iştirak edib.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini, əvvəllər də məhkum olunmuş Natiq Əzizov saxlanılıb və şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə həmin şəxsin yaşadığı ünvana da baxış keçirilib. Oradan isə sellofan torbada 150 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Natiq Əzizovun digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.
Zaqatala rayonunun Yuxarı Tala kəndində Birinci Qarabağ müharibəsi qəhrəmanlarından olan Əhmədov Səlim Nurməmməd oğlunun adını daşıyan bulaq kompleksi istifadəyə verilib. İtkin düşmüş şəhidin adını əbədiləşdirmək məqsədi ilə inşa edilən xatirə bulağının açılış mərasimində rayon və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Çıxış edənlər Birinci və İkinci Qarabağ müharibəsi zamanı öz canını sipər edən igid oğulların qəhrəmanlıqlrınan danışıblar. Bildirilib ki, Səlim Əhmədov kimi qəhrəmanlarımızın qısa, lakin şərəfli ömür yolu əsl vətənpərvərlik nümunəsidir. Vətənin ən çətin günlərində isti ocağını, ailəsini qoyub döyüşlərə atılan Səlim Əhmədov 1993-cü ildə Ağdərənin Bənd kəndi ətrafında gedən döyüşlərdə itkin düşüb. Doğma torpalarımızın düşmən tapdağından azad edilməsi, illərdir əzizlərinin məzarına belə həsrət qalan Səlim Əhmədovunda ailəsinə təsəlli olub.
561 -dən səhifə 669

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S