Super User

Super User

Cümə axşamı, 20 Oktyabr 2022 18:28

Aşan ağac binanı işıqsız qoydu...

Havaların qeyri-sabit keçməsi nəticəsində bu gün səhər saatlarında Şəkinin Sabit Rəhman küçəsi ərazisində yerləşən çinar ağacı qırılaraq komunikasiya xəttlərinin üzərinə düşüb. Ağırlığa tab gətirməyən elektik və rabitə dirəkləri aşıb. Nəticədə ətraf ərazilərdə yaşayan sakinlər elektrik və rabitə xidmətindən məhrum qalıblar. Aidiyyatı qurumlar tərəfindən qəzanın fəsadları aradan qaldırılıb, yeni dirəklər basdırılıb və daha sonra enerjinin verilişi bərpa olunub. 

Şəkidə Heydər Əliyev mərkəzində Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin təşkilatçılığı ilə müxtəlif regionlarda xidmət aparan abidə mühafizəçiləri bir araya gəliblər. 70- dən çox abidə mühafizəçiləri mədəni irsin qorunması və bacarıqlarının inkşaf etdirilməsi mövzusunda təşkil olunan təlim kursunda iştirak ediblər. İştirakçılara, tarixi abidələrdə monitorinqlərin aparılma qaydaları, təmir-bərpa və eləcə də çətin coğrafi şəraitdə yerləşən abidələrdəki mühafizəçilərə həkim məsləhətləri və hüquqi maarifləndirmə mövzuları haqda məlumat verilib. Bir günlük kursun sonunda həm təlimçilər həm də iştirakçılara “Təşəkkürnamə” sertifikatları təqdim edilib. Sonda tarixi abidələri özündə əks ettirən braşurlara da baxış keçirilib. Belə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.  

Cümə axşamı, 20 Oktyabr 2022 18:02

Tövlənin dam örtüyü yandı...

Şəkinin Şorsu kəndində yanğın baş verib. Şorsu kənd sakini Tamara Güləhmədovaya məxsus tövlənin dam örtüyünün 100 kv metri yanıb. Yanğın nəticəsində dama yığılmış 300 ədəd ot bağlaması da yanaraq külə dönüb. Hadisə yerinə FHN-nin Şəki Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Alov digər tikililərə keçmədən söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə, 19 Oktyabr 2022 18:27

Şabalıdda yüksək məhsuldarlıq gözlənilir...

Qəbələnin dağ ətəyi kəndlərində şabalıd əhalinin əsas gəlir mənbəyidir. Rayonda ən cox şabalıd yetişən kəndlər isə Həmzəlli, Bum, Tikanlı, Abrıx, Xırxata, Mıxlıqovaq eləcədə bir sıra digər kəndlərdir. Adətən bu kəndlərin simvoluna çevrilən şabalıd ağacları 300 kq-dək məhsul verə bilir. Ancaq yüksək məhsuladrlıq üçün də aqrotexniki qulluqların vaxtında aparılması şərtdir. Şabalıd ağacları zəhməti çox sevən bitkidir. Belə ki, bir ağacın bar verməsi azı 10 il çəkir. Bu müddət ərzində isə ağacın qayğısına qalmaq mütləqdir. Bu mövsüm məhsuldarlığın bol olması qiymətə də öz təsirini göstərib. Hazırda məhsulun keyfiyyətindən asılı olaraq kiloqramı 4-12 manat arasında satılır. Qeyd edək ki, ötən il 400 tona yaxın məhsul yığılıb. Bu il isə bu rəqəmin daha yüksək olacağı gözlənilir.

Çərşənbə, 19 Oktyabr 2022 18:17

Avtomobillər toqquşub, 3 nəfər xəsarət alıb…

Bu gün Şəkinin Salman Mümtaz küçəsində yol qəzası baş verib. 67 yaşlı İlham Davudovun sükanı arxasında olduğu "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan avtomobillərlə toqquşub. Bu zaman sürücülər- 26 yaşlı Rövşən Məmmədov və 67 yaşlı Məmmədəli Əhmədov zərbə nəticəsində sıxılan avtomobillərin arasında qalıblar. Xəsarət alanlar Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. 

487 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S