Super User
"Kalorini balıxdan, gündəm xəbər Nanıxdan" | Nanıx xəbər #6
Piyada yol qəzasının qurbanı oldu...
Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. Şəhər ərazisində Fərid Səmədov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yolu keçən piyada, 55 yaşlı rayon sakini Güləsər Əliyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
17 yaşlı gəncə çaqqal hücum edib...
Zaqatala rayonunun Bəhmətli kəndində 17 yaşlı gəncə çaqqal hücum edib. Belə ki, Əkrəm Qasımov kəndin inzibati ərazisində ailəsinə məxsus qoyunları otaran zaman çaqqal hucumuna məruz qalıb. Lakin 11-ci sinif şagirdi çaqqalla mübarizə aparıb. O, çaqqalı əlindəki ağacla öldürüb. Ancaq çaqqal onun sol aşağı ətrafının baldır nahiyəsinə xəsarət yetirib. Gənc oğlan yaxınları tərəfindən dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasında Əkrəm Qasımova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.
Zamanında - Qərbi Azərbaycana qayıdış və onun tarixi hədəfləri 23.01.2023
Həkimcanlı - Ağır stress, psixi travma 23.01.2023
"AVAZ-4" Televiziya Uşaq Muğam Müsabiqəsi 22.01.2023
Fermerlərlə tarla seminarları davam etdirilir...
Seminarda mütəxəssislər tərəfindən budamanın aparılma qaydaları əyani olaraq femerlərə göstərilib və tənəklərin aqronomik qaydalara uyğun aparılması tövsiyə olunub. Məlum olub ki, keçən ilki quru budamada ciddi nöqsanlara yol verən fermerlərin üzüm bağlarında məhsuldarlıq xeyli aşağı olub. Seminarda əsas məqsəd İsmayıllı rayonunda elmi-praktiki tövsiyələrə ehtiyacı olan fermerlərin istehsal prosesini mütamadi izləyərək onların qarşılaşdığı problemlərin həllinə, həmçinin becərmə texnologiyalarının, mühafizə tədbirlərinin düzgün həyata keçirilməsinə köməklik göstərməkdən ibarət olub. Vurğulanıb ki, üzümçülükdə ən vacib və mürəkkəb aqrotexniki tədbirlərdən biri də quru budamadır. Quru budama üzümün sort xüsusiyyətindən, tənəyin becərildiyi şəraitdən, torpağın münbitliyindən, tənəyin formasından, məhsulun istifadə istiqamətindən, becərilmə texnologiyasından və s. asılı olaraq aparıldığından bəzi hallarda üzümçü fermerlərimiz düzgün budamada çətinliklə qarşılaşırlar. Budama zamanı optimal yük normasının müəyyən edilməsi məhsuldarlıq və məhsulun keyfiyyətinə, tənəyin konkret şəraitdə inkişafına, ekoloji risk amillərinə, xəstəlik və zərərvericilərə davamlılığına müsbət təsir göstərir. Əks təqdirdə budama zamanı tənəyə az və ya çox gözcük yükünün verilməsi ciddi fəsadlara gətirib çıxarır. Tənəklərdə üzümün quru budaması, sortlar üzrə müxtəlif yükvermə normaları, suvarma, torpaq işləmə, gübrələmə, bitki mühafizə tədbirlərinin vaxtı-vaxtında və düzgün həyata keçirilməsi, çəkilən xərclərin azaldılması, optimal məhsuldarlıq və məhsulun keyfiyyətinin yüksəldilməsi ilə səmərəliliyin artırılması hədəf olaraq götürülməlidir.
Kəndlərə nə zaman mavi yanacaq çəkiləcək?
Zaqatalanın Qımır, Bazar və Çobankol kəndlərinin sakinləri mavi yanacağın olacağı günün həsrəti ilə yaşayırlar. Sakinlər müxtəlif qurumlara dəfələrlə müraciət etsələr də məsələ həllini tapmır ki, tapmır. Görəsən niyə sözügedən ərazi qazlaşmadan kənarda qalıb? Sakinlər aidiyyatı qurumların onların müraciətlərinə biganə yanaşmasından narazıdır.
4 saata bitməyən 4 km-lik yol!
İsmayıllı rayon mərkəzindən 25 km məsafədə yerləşən Çəmənli kəndinə getmək istəyənlər bu haqda dəfələrlə düşünməli olur. Çünki bu 25 km-lik məsafənin 4 km-lik hissəsi bərbad haldadır. Yaşadıqları vəziyyəti işıqlandırmaq üçün müraciət edən sakinlər deyir ki, bu kəndin yolu heç vaxt asfalt görməyib, onların gördüyü ancaq palçıq və keçilməz gölməçələr olub. Ardını sujetdən izləyək..
Necə edək ki, qazdan zəhərlənməyək?
Bu xəbərdə biz 8 saniyəyə insan qanındakı hemoqlobinlə daha tez birləşərək, ölüm təhlükəsi olan dəm qazından danışacağıq. Hazırda bir çoxlarımızın evində istifadə ettiyi sobalar və vanna otağındakı su qızdırıcıları hamıya tanışdır. Əhalinin bu kimi qazla və ya digər yanacaq növləri ilə işləyən cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarını pozması dəm qazından zəhərlənmələr, partlayışların baş verməsi ilə nəticələnir. Bəs, evdəki və hamam otağındakı bu qızdırıcılardan özümüzün və ailəmizin təhlükəsizliyini necə qoruyaq? Sujetdə ekspertlərin məsləhətlərini dinləyək.