Super User
Xərçəngdən əziyyət çəkən Aygün Bəyləri göz yaşına boğan xatirlər... Xəzərin Sahilində 06.11.2022
“Dəyərlərimizlə müassirləşək” adlı layihənin açılışı olub...
Təhsil Nazirliyinin 6-ci Qrand müsabiqəsinin qalibi olan Şəki şəhər 17 saylı tam orta məktəbin “Dəyərlərimizlə müasirləşək” adlı layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə məktəbin şagird və müəllim kollektivi ilə yanaşı, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və qazilər iştirak ediblər. Çıxış edənlər Vətən müharibəsində öz canlarından keçən şəhidlərimizdən, qəhrəmanlıq göstərən qazilərimizdən danışıblar. Məktəblilər də öz növbəsində gələn qonaqlara ədəbi-bədii kompozisiyalar təqdim ediblər. Məlumat verilib ki, 4 ay ərzində fəaliyyətini davam etdirəcək layihə, mart ayında yekunlaşacaq. Məktəblilərə milli dəyərlərimiz olan xalçaçılıq, oymaçılıq sənətinin incəlikləri öyrədiləcək. Layihə xalq sənətimizi tanıtmaq eyni zamanda əl işi ilə fərqlənən şagirdləri üzə çıxarmaq baxımından böyük əhəmiyyət kəsb edir. Layihədə 20 şagird iştirak edir. Sonda iştirakçılar sertifikatla təltif olunacaqlar.
“Zəfərimiz əbədidir” adlı ədəbi-bədii kompozisiya keçirilib…
Şəkidə 7 nömrəli tam orta məktəbdə Şuşa ili ilə bağlı, “Zəfərimiz əbədidir” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə şəhid anaları, qazilər, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Vətənpərvərlik ruhunda təqdimatlar, musiqi nümunələri, şeirlər və bədii kompozisiya nümunələri qonaqlara təqdim edilib. Tədbir məktəblilərdə vətən sevgisinin aşılanması, vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi daşıyır.
Şəkidə tarixi abidədə körpələrə məxsus sümük qalıqları aşkarlanıb...
Qalıqlar “Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu” ərazisində yerləşən və hazırda “Şəbəkə sexi” kimi fəaliyyət göstərən tarixi birmərtəbəli tikilidə tapılıb. Dövlət Turizm Agentliyi tərəfindən tarixi binanın içindəki beton döşəmənin təmiri zamanı 0.8 sm – 1.2 metr dərinlikdə 100 ilə qədər müddətə aid 2-3 yenidoğulmuş və ya azyaşlıya məxsus sümük qalıqları aşkar edilib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır. Ərazidə qazıntı işləri isə davam etdirilir.