Super User
Mənzurə Musayeva ilə Fatmayıda Kim var, Kim yox? 26.01.2023
Onurğa ağrılarından əziyyət çəkirsiz? Diqqət! | Həkimcanlı 26.01.2023
Vineqret salatı resepti | Nahara az qala 25.01.2023
Emin Rəhmanoğlu ilə İsmayıllıda Kim var, Kim yox? 12.01.2023
"Şəkinin sürətli interneti" Niyazı Alxaslının təqdimatında | Nanıx Xəbər #8
Həyat Tərzi - Qəzənfər Abbasov ilə muğam günü 25.01.2023
Bəlkə - Ata-babadan misal qalıbdır bizə. Narı möcüzədir-möcüzə 15.01.2022
Narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslər saxlanıldı...
Naxçıvan-Bakı avtobusunda 6 kiloqramdan çox narkotik aşkar edilib. “Biləsuvar” gömrük postunda Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusun sərnişininə məxsus çantaya baxış keçirilib. Bu zaman çantadakı şirniyyat və yuyucu vasitələr qutusunda xalis çəkiləri 2 kq 6 q qram olan psixotrop maddə-metamfetamin və 4 kq 328 qram narkotik vasitə-heroin aşkarlanıb. Həmin narkotik vasitələri təhvil alan iki nəfər şəxs saxlanılıb, idarə etdikləri nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman avtomobildən xalis çəkiləri 1,64 q olan qurudulmuş marixuana və 1,82 qram tiryək, eyni zamanda, bu narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən 2 ədəd metal boru aşkar olunub. Qubada narkokuryerliklə məşğul olan şəxs saxlanılıb. Abşeron rayon sakini Vasif Hacıyev narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşıması ilə məşğul olub. Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. İsmayıllıda da narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxs ifşa olunub. Şəhər sakini Elnur Mahmudovun evindən 3 kiloqrama yaxın qurudulmuş marixuana, eləcə də xüsusi qulluq göstərməklə yetişdirdiyi çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin becərmə vaxtını ötən ilin yay aylarında narkotik tərkibli bitkilərdən əldə etdiyini deyib. Hər 3 faktla bağlı araşdırmalar davam etdirilir.
Həmkəndlisinə qarşi quldurluq edən şəxs tutulub…
Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndi ərazisində naməlum şəxsin quldurluq etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Natiq Əzizov saxlanılıb. Dindirilmə zamanı Əzizov törətdiyi əməli etiraf edərək gecə saatlarında həmkəndlisinin qarşısını kəsdiyini, 100 manat pulunu və 500 manat dəyərində mobil telefonunu ələ keçirdiyini bildirib.Faktla bağlı saxlanılan şəxs barəsində Zaqatala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb , araşdırmalar davam etdirilir.
Zaqatalada qanvermə aksiyası keçirilib...
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən növbəti qanvermə aksiyasında 162 nəfər könüllü qan verib. Rayon İcra Hakimiyyətinin, TƏBİB-in və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşkilatçılığı ilə “Qan ver, həyat qurtar!” devizi ilə keçirilən aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır. Aksiyada rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin sakinlər fəal iştirak ediblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.