Super User

Super User

Kadrlar demək olar bir əsri geridə qoyan  Şəkinin Kiş kənd məktəbindəndir.  4 saylı Kiş kənd tam orta məktəbinin binası 1926-cı ildə tikilib, 1928-ci ildən isə orta məktəb kimi fəaliyyət göstərir. 3 korpusdan ibarət, 96 yaşlı məktəbin binası acınacaqlı vəziyyətdə olsa da burda dərslər davam etdirilir. Binaların hazırki, vəziyyəti tədrisi nəinki müasir tələblər səviyyəsində qurmağa imkan vermir hətta mümkünsüz edir. Bina ilə bərabər avadanlıqlar da ömrünü başa vurub. Vaxtilə 1400-ə yaxın şagirdin təhsil aldığı məktəb indi 223 şagirdi belə sinif otaqları ilə təmin edə bilmir. Ancaq bütün bu çatışmazlıqlara baxmayaraq  şagirdlər hər il imtahan və olimpiadalarda yüksək nəticələr əldə edirlər. Hələlik kənd məktəbinin nə vaxt təmir olunacağı ilə bağlı dəqiq vaxt deyilməsə də, məsələ gündəmdədir. Belə görünür, müəllim və şagird heyəti, narahat valideynlər qəzalı vəziyyətdə olan məktəb binasının əsaslı təmirini bir müddət də gözləməli olacaq. Ümid etmək qalır ki,  bu dəfə   verilən vədlər özünü doğruldacaq və növbəti ildən şagirdlər müasir tipli, yeni məktəbdə təhsil alacaqlar.

Çərşənbə axşamı, 25 Oktyabr 2022 12:53

Hamiləlikdə ultrasəs müayinəsi niyə vacibdir?

Çərşənbə axşamı, 25 Oktyabr 2022 12:51

Diş implantı risklidirmi? | Həkimcanlı 25.10.2022

Bazar ertəsi, 24 Oktyabr 2022 20:25

YAP-ın 30 illiyi qeyd olunub...

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə partiyanın Şamaxı rayon təşkilatında təhsil işçiləri ilə tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında videoçarx nümayiş olunub. YAP partiyasının 30 illik fəaliyyətindən ətraflı bəhs olunub. Vurğulanıb ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətimizin dünyada layiqli yer tutması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması kimi mühüm vəzifələrin icrası istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb. Sonda partiya sıralarına yeni qəbul olan şəxslərə üzvülük vəsiqələri təqdim olundu. Sinxron/Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı

Bazar ertəsi, 24 Oktyabr 2022 19:21

Divarları bəzəyən gözəllik...

Bura yerli və xarici turistlərin ən çox üz tutduqları Şamaxı Piriqulu yolunun Məlhəm kəndindən keçən ərazisidi. Rayon mərkəzindən bir qədər arılıda olan bu ərazinin füsünkar təbiəti,dahi şairlərimizin rəsmləri ilə vəhdət təşkil edib. Divarlarlara həkk olunan dahi Azərbaycan ədiblərinin,yazıçılarının,görkəmli mütəfəkkirlərin rəsmləri görənlərin marağına səbəb olub. Yerli sakinlərin sözlərinə görə Şamaxıda doğulub boya başa çatan,yaşayıb ayaradan dahi Azərbaycan şairlərinin rəsmlərinin Məlhəm kəndi ərazisində çəkilməsi təsadüfi deyil.Belə ki Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biri olmaqla yanaşı həm də elm ocağı kimi tanınır. Burada yetişən saysız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Tarixdə Məlhəm Azərbaycana paytaxtlıq edən Şamaxının ən böyük elm ocaqlarından biri olub. Şamaxı rayon icra hakimiyyətinin təşəbbüsü ilə peşəkar rəssamların ortaya çıxardığı bu gözəllik görənləri valleh edir. Bu həm də sözə, şairə, ədəbiyyata verilən dəyərin bariz nümunəsidir.

Şəkidə isə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun zona turnirinə start verilib. Şəki ilə bərabər eyni anda 7 bölgədə də yarış keçirilib. Oyun 11 rayonun adını daşıyan komandalardan ibarət olub. Yarışda 18-30 yaş aralığındakı gənclər öz intellekt səviyyələrini sınayıblar. Hər komandada 6 nəfər gənc yarışıb.  Sonda 7 bölgənin hər birində zona qalibi olaraq 3 komanda finala çıxacaqki,  toplamda 21 komanda olacaq.  Qalib komandalar  növbəti turda Bakıda keçiriləcək final öyunda 1-cilik uğrunda mübarizə aparacaqlar. Onu qeyd edəki, Şəkidə keçirilən zona qalibləri Oğuz, Qax, Mingəçevir rayonları olub. 

484 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S