Super User

Super User

Çərşənbə axşamı, 18 Oktyabr 2022 18:55

Məktəbli idman dərsində ölüb...

Oğuz rayonunda 11-ci sinif şagirdi dərs zamanı ölüb. Hadisə bu gün günorta saatlarında rayonun Çaldaş kənd tam orta məktəbində baş verib. Məktəbin 11-ci sinif şagirdi, 16 yaşlı Zarina Əzizovanın məktəbdə idman dərsi zamanı qəflətən halı pisləşib. 16 yaşlı Zarina Əzizova elə məktəbdə keçinib. Ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

 

 
Çərşənbə axşamı, 18 Oktyabr 2022 16:04

Şəkidə zəncirvari qəza anbaan kameralarda...

Çərşənbə axşamı, 18 Oktyabr 2022 10:01

Şəkidə zəncirvari qəzada 7 avtomobilə ziyan dəydi...

Bu gün Şəki şəhər "20 Yanvar" küçəsində zəncirvari yol qəza hadisəsi baş verib. Belə ki, 24 yaşlı Şəki sakini Ağahüseyn Abdullayevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək 70 yaşlı Şəki sakini Akif Abdullayevin sükanı arxasında olduğu "Nissan" markalı avtomobillə toqquşub.
Toqquşmadan sonra nəzarətdən çıxan avtomobillər yolun kənarında dayanan daha 5 avtomobilə çırpılıb. Hadisə nəticəsində sürücü Akif Abdullayev kəllə beyin və qapalı döş qəfəsi travması ilə, digər sürücü Ağahüseyn Abdullayev isə yüngül kəllə beyin travması ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.
Bazar ertəsi, 17 Oktyabr 2022 17:48

Müstəqilliyimiz əbədidir...

Bu gün Şəki şəhərində 3 saylı musiqi məktəbinin təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib. Tədbirdə işəhər ictimaiyyəti, mədəniyyət işçiləri iştirak ediblər. Çıxış edənlər müstəqilliyimizin əhəmiyyətindən, bu yolda verilən qurbanlardan, qazanılan uğurlardan, torpaqlarımızın azad edilməsindən danışıblar. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 31 il ötdüyünü, bu müstəqilliyin əbədi və dönməzliyini, ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanıldığını, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildiyini qeyd ediblər. Tədbirdə həmçinin bildirilib ki, bu il Şəki şəhər 3 saylı musiqi məktəbinin 35 illiyi də qeyd olunur. Vurğulanıb ki, 1987-ci ildə yaradılan məktəb öz fəaliyyəti dövründə müsabiqə, festivallar, bayram tədbirlərində, əlamətdar günlərdə fəal iştirak edib. Ardınca tədbir məktəbin müəllim və şagird kollektivinin hazırladığı bədii hissə ilə davam edib. Musiqili proqramda yerli və xarici bəstəkarların vətənpərvərlik mövsuzunda13 əsəri ifa edilib.    

488 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S