Super User
Şəhid Fərid Ramazanovun xatirəsi anılıb...
Şəhid gizir Fərid Ramazanovun ölümünün ikinci ildönümündə xatirəsi anılıb. Şəhidin məzarı başına toplaşanlar ruhuna dualar oxuyub, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Qaxın Qum kəndində dünyaya göz açan Fərid xidməti bitirdikdən sonra yenidən ordu sıralarında gizir kimi fəaliyyətə başlayıb. Ailəsi deyir ki, uşaqlıqdan hərbçi olmaq həvəsi ilə böyüyən Fərid Vətən müharibəsi başlayan gündən Fərid də döyüşlərə qatılaraq Azərbaycanın bütövlüyü uğrunda vuruşmağa başlayıb. Mərdliklə düşmənə qarşı mübarizə aparan igid Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Şəhid Fərid Ramazanovun bir oğul övladı Vətənə əmanət qalıb. Ölümündən sonra dünyaya gələn qardaşı övladın isə Fəridin adını daşıyır. Beləliklə Ramazanovlar ailəsində daha bir Fərid böyüməkdədir. Qeyd edək ki,Fərid Ramazanov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Suqovuşanın azad olunmasına görə” və “Vətən Uğrunda” medalları ilə təltif olunub.
Çay yoxsa kofe? | Hacı Dayının Nəvələri 12.10.2022
Aşıq Ramin Qarayevlə Özümüzə Səyahət 12.10.2022
Ölümü ilə əbədiyyətə qovuşanlar...
Şamaxının Bağırlı kəndin anadan olan Naiq Ələkbərov Tibb Universitetinin Hərbi Tibb Fakültəsində təhsil alıb. 2014-2015-ci illərdə “gizir” hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2015-ci ildən etibarən Xüsusi Təyinatlı Qüvvələrin cərgəsinə qoşulub. Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətində kəşfiyyatçı kimi iştirak edib. Azərbaycan Ordusunun giziri olan Naiq Ələkbərov Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərə də qəhrəmanlıq göstərib. Onun xidmət etdiyi bölmə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Növbəti döyüşlərin birində isə gizir Naiq Ələkbərov şəhidlik zirvəsinə ucalıb. Naiq Ələkbərov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Kəlbəcərin, Füzulinin və Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Xatırladaq ki, şəhid Nail Ələkbərovun atası Faiq Ələkbərov birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Hazırda qardaşı da ordu sıralarında xidmət edir.
Hepatit "C" cinsi əlaqə ilə keçirmi? | Həkimcanlı 12.10.2022
İşığa həsrət qalan məktəblər nə zaman elektrik enerjisinə qovuşacaq?
Kənardan baxdıqda müasir binası olan Şəki şəhər 14 saylı tam orta məktəb təəssüf ki, qaranlığa qərq olub. Elektrik enerjisinin olmaması səbəbindən məktəbdə nəinki müasir texnologiyalarla dərs keçmək, su belə tapmaq mümkün deyil. Məktəbdə çəkilişlə bağlı hər nə qədər çətinlik yaşasaq da öyrəndik ki, işığın olmamasına səbəb paylayıcı trasformatorda yaranan nasazlıqdır. Bu səbəbdən bir aya yaxındır ki, dərslər qaranlıqda keçirilir. Şin kənd orta məktəbində də eyni vəziyyət hökm sürür. May ayında baş verən təbii fəlakətdən sonra elektrik enerjisinə həsrət qalan məktəbin kollektivi və sakinlərin müraciət etmədikləri qurum, döymədikləri qapı qalmayıb. Ancaq məktəb elektriklə təmin edilmir ki, edilmir. Qış fəslinin yaxınlaşması isə istiliyi elektrik enerjisi ilə təmin olunan məktəbin valideynlərini daha da nartahat edir. Şəki Elektrik Şəbəkəsindən isə verilən məlumata görə, problemlə bağlı ilk öncə rəsmi qaydada ASAN Xİdmət MƏrkəzinə müraciət edilməli, smeta hazırlanmalı ardınca dövlət rüsumu ödəndikdən sonra problem həll edilməlidir. Aradan keçən bu müddət ərzində quruma heç bir rəsmi müraciət edilmədiyindən hələlik problemin həlli istiqamətində də addım atılmayıb. Ümid edirik soyuqlar düşmədən aidiyyatı qurumlar arasındakı anlaşmazlıq aradan qalxar və gələcəyimiz olan körpələrin keyfiyyətli təhsil almaq hüququna ciddi əngəl törədən bu problem də həll olunar.
Zaqatala Arıçılar Birliyinin sədri Mövlüddin Qurbanəliyev "Sənətdəsən"də 08.10.2022
Müəllimlərin etiraz etdiyi direktor işdən çıxarıldı…
Ötən burxılışlarımızdan birində Şəkinin Cəfərabad kəndində müəllimlərin direktorla bağlı etirazını gündəmə gətirmişdik. Təhsil nazirliyi də məsələ ilə bağlı araşdırma başlatmışdı. Həmin araşdırmanın nəticəsi artıq açıqlanıb. Belə ki, müəllimlərin etiraz etdiyi Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin direktoru işdən çıxarılıb.Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbdə araşdırma aparılıb və bir sıra nöqsanlara yol verildiyi aşkara çıxarılıb. "Müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, məktəbin direktoru Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib". Qeyd edək ki, etirazın əsas səbəbi ötən il korrupsiya və digər neqativ əməllərinə görə işdən azad olunmuş direktor Rahim Salamovun yenidən işə qayıtması olub.