Super User
Qədim aramey əlifbası ilə yazılmış daş kitabə tapılıb...
Sakinlər tərəfindən tapılan daş kitabə, kəndin tarixi ilə bağlı araşdırma aparan AMEA-nın əməkdaşlarına təhvil verilib. Daşın üzərindəki yazıların çox qədim və tarixi baxımdan əhəmiyyətli olduğu məlum olub. Böyük Qafqaz səddinin keçdiyi bu regionda belə faktların tapılmasının gözlənilən olduğunu deyən tarixçi avvəllər də bölgədə bəzi qədim yazı növlərinin tapıldığını bildirdi. Lakin bu kitabənin daha dərin, daha qədim tarixi araşdırmağa imkan verəcəyini deyir. Bölgə üçün maraqlı bir yenilik olan bu tapıntı artıq muzeyin ən qədim və ən qiymətli eksponatlarından birinə çevrilib. Hazırda isə daş kitabə tətqiqatçılar tərəfindən araşdırılır. Tarixçi yazının mənasının həmin dövrün inanclarına uyğun ola biləcəyini, lakin qəti fikrin araşdırmanın nəticəsi bəlli olduqdan sonra söylənə biləcəyini deyir. İlkin ehtimallar yazının bir aramey ivrit əlifbası olduğunu göstərir.
Ermənistanın müharibə cinayətləri | Zamanında 17.10.2022
Bir damcı araq | Hacı Dayının Nəvələri 17.10.2022
Ceyhun Bakinskiylə Kürdəmirdə maraqlı anlar | Kim var, Kim yox? 13.10.2022
Möcüzə əkizlər! | Sirlər 15.10.2022
Mətbuat Şurasının sədri Rəşad Məcid "Xəzərin sahilində" 16.10.2022
Şamaxıda üzümçülüyün əvvəlki şöhrəti geri qayıdır
Bağlardan hər gün adambaşına 250-300 kiloqram məhsul yığılır. Üzümçülüyün onlar üçün həm gəlir mənbəyi, həm də dədə-babalarından qalan bir sahə olduğunu deyən Durdanə nənə, məhsul yığımını yaxın vaxtlarda yekunlaşdıracaqlarını bildirir. Son iyrimi ildə müxtəlif növ üzüm sortları yetişdirən sahibkar Habil Əzimovun sözlərinə görə vaxtilə üzümçülük rayonu kimi tanınan bölgədə son illər bu ənənəvi və gəlirli sahənin inkişafı artmaqdadır. Bu işdən həm sahibkarlar həm də kəndlilər gəlir əldə edir. Fermerlər üzümçülükdə müəyyən problemlərin olduğuna da diqqət çəkir. İlk növbədə qiymət onları qane etmir. Ən keyfiyyətli üzüm 80 qəpikdən satılır. Bu da fermerin bağlara çəkdiyi xərci belə ödəmir. Hazırda bağlardan toplanan məhsul satış üçün yerli və xarici bazarlara çıxarılır. Həmçininqış aylarında satış həyata keçrimək üçün soyuducu anbarlara yığılır. İlkin mərhələdə daha tez yetişən “Prima” və “Kardinal” süfrə sortlu üzüm yığılıb. Növbəti mərhələdə şirə və şərab üçün nəzərdə tutulan məhsulların tədarükünə başlanılıb.Vaxtilə üzümçülük rayonu kimi tanınan bölgə üzümçüləri əvvəlki şöhrətlərini geri qaytarmaq əzmindədirlər. Həyata keçirilən Dövlət proqramı da üzümçülüyün yenidən dirçəldilməsində mühüm rol oynayıb. Sahibkarlara dəstək məqsədi ilə subsidiyalar verilib, yeni üzümçülük təsərrüfatları yaradılıb. Xatırladaq ki,ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Sonradan bu sahə tənəzzülə uğradı. Hazırda isə Şamaxıda 1870 hektar üzüm bağı var. Bunun da 1700 hektarı bar verir. Məhsul yığımı bütün ərazilərdə, xüsusilə Meysəri, Məlcək, Mirikənd, Qaravəlli, Həmyəli, Sabir, Adnalı, Çarhan, Mədrəsə, Şəhriyar inzibati ərazi dairələrində daha mütəşəkkil aparılır. Hər gün sahələrə 300-350 nəfərə yaxın işçi qüvvəsi çıxır.
Hikmət baba xeyirxah əməllərini davam etdirir...
Ayaqqabısının yırtıq olmasına baxmayaraq əlindəki son pulunu orduya ianə edən Hikmət baba sadəliyi və yardımsevərliyi ilə hamının qəhrəmanına çevrilib. İki il keçməsinə baxmayaraq hələ də onun bu xeyirxah əməlindən qürurla danışılır. Bir xeyirxah əməliylə milyonların qəlbinə yol tapan Hikmət baba, yardımsevərliyi ilə yenidən gündəmə gəlib. Belə ki, yaşadığı Şəkinin Baş Küngüt kəndində yerləşən dünyəvi şairimiz Nizami Gəncəvinin heykəlini restavrasiya etdirməyi planlaşdırır. Bunun üçün danışıqlar aparan və hələlik heykəlin ətrafını təmir etdirən Hikmət baba indi heykəli əvvəlki görkəminə qaytaracaq mütəxəssis axtarışındadır. Sonda, Hikmət babaya bitmək-tükənmək bilməyən arzularını, xeyirxah əməllərini reallaşdırmaq üçün sağlam ömür arzulayırıq.
Stomatoloq Vəfa Məmmədova "Həkimcanlı"da 15.10.2022
Şəkidə avtomobil qadını vuraraq öldürüb
Şəki şəhərinin Salman Mümtaz küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Şəki rayon sakini 63 yaşlı Sərdar İlyasovun idarəetdiyi "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən 57 yaşlı Səadət Abbasovanı vurub. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.