Super User

Super User

Çərşənbə axşamı, 15 Noyabr 2022 19:03

Minik avtomobili traktorla toqquşdu, sürücü öldü...

Oğuzda minik avtomobili traktorla toqquşub. Hadisə rayonun Xaçmaz kəndində baş verib. 29 yaşlı Xaçmaz kənd sakini Səxavət Atakişiyevin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə 57 yaşlı Etibar Usubovun idarə etdiyi traktor toqquşub. Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü Səxavət Atakişiyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə axşamı, 15 Noyabr 2022 15:35

İşığın övladı! | Sirlər 13.11.2022

Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib. Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti nəzarət-profilaktik tədbirlər keçirib. Səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırılıb. Ümumilikdə qanunsuz küçə ticarəti ilə məşğul olan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə protokol tərtib olunub.

Bazar ertəsi, 14 Noyabr 2022 19:50

Avtoxuliqanlıq edən şəxslər saxlanıldı...

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Göygöl rayon sakini Elşən Məmmədov “Niva” markalı avtomobili ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, daha dəqiq desək, avtoxuliqanlıq edib. Bundan başqa Gəncə şəhər sakini Elcan Cəfərov da yollarda “VAZ 2107” markalı avtomobili ilə təhlükəli manevrlər edib. Hər iki şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə ardıcıl olaraq Elşən Məmmədov 25 və Elcan Cəfərov isə 20 sutka inzibati qaydada həbs edilib. 

Zaqatalada fərdi yaşayış evində yanğın olub, evdə kirayədə yaşayan nənə və körpə nəvəsi yanıq xəsarətləri alıb. Yanğın hadisəsi gecə saatlarında Zaqatala şəhəri, Qarabağ küçəsində Reyhan İsmayılova məxsus,üç otaqdan ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 18 kv/m-lik sahəsinin yanar konstruksiyaları və həmin hissədə olan ev əşyaları yanıb.  Yanğın zamanı evdə kirayədə yaşayan rayon sakini, 42 yaşlı Elnarə Qurbanova və onun körpə nəvəsi 1 yaşlı Elay  Dəmirova müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.  Faktla bağlı araşdırma aparılır.

475 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S