Super User

Super User

Çərşənbə axşamı, 22 Noyabr 2022 18:56

Sərbəst güləş idman növü üzrə yarış keçirilib...

Şamaxı rayon Gənclər və İdman İdarəsinin və Olimpiya Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Orxan Salehovun xatirəsinə həsr olunan 2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə yarış keçirilib. Şamaxı Olimpiya Mərkəzində təşkil olunan turnirdə çıxış edənlər Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışıb, bu Qələbənin şəhidlərimizin qanı bahasına başa gəldiyi, onların xatirəsinin daim qəlblərdə yaşayacağı  xüsusi vurğulanıb.  Daha sonra yarışa start verilib. Mübarizəyə 10 çəki dərəcəsi üzrə müxtəlif rayon və klubları təmsil edən 110 idmançı qoşulub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışların sonunda qalib gələn idmançılar diplom və medallarla mükafatlandırılıblar.  

Çərşənbə axşamı, 22 Noyabr 2022 18:18

Axtarışda olan şəxsdən tiryək götürülüb...

Zaqatala polisinin keçirdiyi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq istintaqa cəlb edilib. Üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotik və oğurluq cinayətləri törətdiyi üçün məhkum olunmuş Eldar Xasayevin üzərində külli miqdarda tiryək aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Qeyd edək ki, Eldar Xasayev bir müddət əvvəl Bakı şəhərində törətdiyi cinayətə görə axtarışda olub.

Şəkidə 8 saylı tam orta məktəbdə “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilib. İcra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisiyanın, eləcə də hüquq-mühafizə orqanlarının rəsmilərinin qatıldığı tədbirdə şagirdlərə hüquqları izah edilib.  Məişət zorakılığının və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün cəmiyyəti əhatə etməsindən bəhs edilib. Sonda şagirdlərə  bukletlər təqdim edilib. 

Çərşənbə axşamı, 22 Noyabr 2022 16:29

YAP-ın yaradılmasının 30 illiyi qeyd olunub...

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib. Partiyanın 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Sonda rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup partiya üzvünə Fəxri Fərman, YAP sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Çərşənbə axşamı, 22 Noyabr 2022 15:42

Bəlkə Yeganə Cansail ilə Londanda 20.11.2022

Çərşənbə axşamı, 22 Noyabr 2022 13:14

Həkim-ankoloq Asif Abbasov "Həkimcanlı"da 21.11.2022

Çərşənbə axşamı, 22 Noyabr 2022 10:42

Hepatoloq Könül Mahmudova "Həkimcanlı"da 22.11.2022

Ötən həftə Köbər Zəyzid kəndsakinlərinin son ümid yeri kimi Kanal S-ə müraciəti əsasında su təminatındakı problemlərini, kənddə mövcud olan artezianların quruması və çökməsi səbəbindən fəaliyyətini dayandırmasını işıqlandırmışdıq. Sözügedən süjetimiz efirə getdikdən sonra Şəki Suvarma Sistemləri idarəsi hərəkətə keçərək problemin aradan qaldırılmasına çalışıb. Nəticədə kənddə mövcud artezian və subartezian quyularında bərpa işləri aparılaraq sakinlərin istifadəsinə verilib. İdarənin baş mühəndisi Allahverdi Həmidov bildirib ki, kəndin əkin sahələrinin və təsərrüfatlarının suvarılma suyu ilə təminatında hər hansı bir çatışmazlıq yoxdur. Qurum rəsmisi sakinlərin narazılığına səbəb olan artezian və subartezianların sıradan çıxması məsələsinə də aydınlıq gətirib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəsissələrinə direktorların işə qəbul müsabiqəsinin test imtahan mərhələsi keçirilib. 6 rayon üzrə keçirilən müsabiqədə qeydiyyatdan 111 nəfər keçsə də subyektiv səbəblərdən imtahada 103 nəfər iştirak edib.  80 dəqiqə ərzində iştirakçılar 45 sual cavablayıblar. Namizədlər ən az 50 faiz bal topladığında imtahanın müsahibə mərhələsində iştirak hüququ qazanır. Qeyd edək ki, direktor olmaq üçün namizədlər ən az 5 il pedaqoji iş stajına malik olmalı və hal- hazırda pedaqoji fəaliyyətlə məşğul olmalıdırlar.

472 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S