Super User
Sənət, səs qalıb kənarda, oxuya bilməyənlər efirdədir! | Həyat Tərzi 07.04.2023
“Zob”un simptomları - Həkim cərrah, endokrinoloq Xəqani Həsənov | Həkimcanlı 07.04.2023
Lalə Əlimuxtarova: \"Daha heçnəyə hirslənmirəm, gedin burdan\" | Həyat Tərzi 06.04.2023
Rəhilə Bəndəliyeva: \"İlaxırda qapı pusanda nə eşitdimsə elə də oldu..\" Xeyirli axşamlar 07.04.2023
Murad Sadıxla Balaxanıda \"Kim var, kim yox?\" dedik 06.04.2023
Regionun ürəyi Şəkidə döyünəcək…
Həyata keçirilməsi planlaşdırılan konsertə Şəki adı çəkildikdə ilk ağla gələn şəhərin tarixi memarlıq qoruğunda yerləşən Xan Sarayı və Karvansaraydan yürüşlə başlaması nəzərdə tutulur. Yürüşdə Şəkinin incəsənət adamlarının, musiqi qruplarının nümunəvi çıxışları baş tutacaq. Konsertdə Türkiyənin tanınmış popstarı Doğuş, Azərbaycanın sevimli müğənniləri Aygün Səmədzadə, Könül Kərimova, Rəşad İlyasov, Vasif Məhərrəmli, Nüşabə Ələsgərli və daha kimlər olacaq kimlər. Türkiyənin və Azərbaycanın məhşur simaları tanınmış ulduzların iştirak edəcəyi konsert proqramında aparıcı olmaq isə əlavə məsuliyyət, diqqət tələb edir. Məhşurlarla yanaşı müxtəlif musiqi qrupları da Şəki şəhər sakinlərini və qonaqlarını öz ifaları ilə feyziyab edəcəklər. Sakinlər də konsert gününün gəlməsini səbirsizliklə gözləyirlər. Daima ilklərə imza atan, qazandığı uğurlara doymayan, Azərbaycanın peykə çıxan ilk bölgə kanalı “Kanal S” olaraq bu cür möhtəşəm layihəyə təşkilatı və media dəstəyi verməkdən qürür duyuruq. Biz də hər kəsi mayın 7-də regionun ürəyi döyünəcəyi Şəkinin Bayraq meydanında məhşur müğənniləri, ulduzların canlı ifalarını dinləməyə və əsl bayram ab-havasını yaşamağa dəvət edirik.
Sumağa vurulan təhlükəli qatqılar! | Elə çarə 06.04.2023
Eşitməyən qalmasın 06.04.2023
Kələm qəlyanaltısı, Göbələkli \"Fettuçini\" və Qırmızılı tərəvəzli şorba resepti | Ustad 05.04.2023
“Vətən müharibəsindəki qələbəmiz Ulu öndərin dövlətçilik idealarının böyük təntənəsidir”
Baş Prokurorluğun təşkilatçılığı ilə bu gün Zaqatalada “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı işgüzar konfrans keçirilib.Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.Daha sonra “Zəfər Kompleksi”ni ziyarət edən iştirakçılar, şəhidlərin əziz xatirəsini yad ediblər. Bölgəni təmsil edən mediya nümayəndələri və QHT nümyəndələri üçün təşkil edilən tanışlıq turu çərçivəsində,iştirakçılar Zaqatala rayon Prokurorluğununun inzibati binası, burada yaradılan şərait, həmçinin Prokurorluğun xidməti avtomobili ilə yaxından tanış olublar. Daha sonra rayon rəhbərliyi və aidiyyati qurum rəsmiləri Heydər Əliyev mərkəzinin muzey hissəsində, ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olublar.Konfrans şəklində davam edən tədbirə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Erkin Əlixanov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfərin ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsi olduğunu qeyd edib. Konfransda həmçinin fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verilən dəyər, Ulu öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsindən danışılıb. İşgüzar tədbirin Zaqatala şəhərində təşkilindən məmnunluğunu ifadə edilib. Tədbirdə nümayiş edilən “Heydər Əliyev və 44 günlük Zəfər yolu” sənədli filmi iştirakçılar tərəfindən maraqla izlənilib. Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.