Rayonunun İlisu kəndi ərazisində polis əməkdaşı Faiq Məmmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə 28 yaşlı rayonun Ağçay kənd sakini Mahmud Bayramlının idarə etdiyi “VAZ-2106” markalı maşın toqquşub.
Nəticədə Faiq Məmmədov, Mahmud Bayramlı və onun həyat yoldaşı Turanə Bayramlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Mahmud Bayramlı xəstəxanada həyatını itirib. Digər yaralıların isə müalicəsi davam etdirilir.Faktla bağlı araşdırma aparılır.