Super User
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəki Qarışıq Tipli Uşaq evində Müdafiə nazirliyinin təşəbbüsü ilə ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Azərbaycan ərazisində yerləşən N saylı hərbi hissənin zabit heyyəti, uşaq evinin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirdə doğum günü olan azyaşlı və digər uşaqlar təbrik edilib və hədiyyələr verilib. Tədbirin təşkilatçıları mütəmadi olaraq uşaq evlərində bu cür aksiyalar keçirdiklərini bildiriblər. Görüşdə uşaq evində təhsil alan şagirdlər öz rəqs nümunələriylə qonaqları şənləndiriblər. Tədbirdə iştirak edən klounlar uşaqları güldürüb və əyləndiriblər. Ardınca isə səhnəyə kəndirbazlar çıxıb. Kəndir üzərində bir birindən maraqlı fəndlər edən kəndirbazlar izləyənlərin böyük marağına səbəb olub. Tədbir musiqi nömrələri və rəqslərlə davam edib.
Aprel şəhidi Elnur İsgəndərov ad günündə anılıb…
Şəki 8 saylı məktəbdə 2016-cı il şəhidi, şəhid baş leytnant Elnur İsgəndərovun doğum günündə xatirəsi anılıb. Tədbirdə şəhidin döyüş yoldaşları , ailə üzvləri, digər şəhid ailələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Çıxış edənlər şəhidin vətən sevgisindən, ailəsinə və dostlarına olan sədaqətindən, 2016-cı il aprel döyüşlərində keçirdiyi şanlı zəfər yolundan danışıblar. Ardınca məktəblilər şəhidin xatirəsinə hazırladıqları vətənpərvərlik mövzusuna hazırladıqları ədəbi-bədii kompozisiyaları nümayiş etdiriblər. Qeyd edək ki, 2006-cı ildə Elnur İsgəndərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2010-cu ildə isə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirdib. Daha sonra Elnur İsgəndərov Bakı şəhərində yerləşən \"N\" saylı hərbi hissədə xüsusi təyinatlılar bölməsində xidmətə başlayıb. Elnur İsgəndərov ailəli idi, Elman adında bir oğlu yadigar qalıb. Baş leytenant Elnur İsgəndərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 11-i isə Elnur İsgəndərov doğulduğu Şəki şəhərində son mənzilə yola salınıb. Elnur İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə \"Vətən uğrunda\" medalı ilə təltif edilib.
“Hər birimiz bir çiçək”
\"1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü\" münasibətilə Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bəxtiyar Vahabzadə adına istirahət və mədəniyyət parkında, “Hər birimiz bir çiçək” adlı açıq havada konsert təşkil edilib. Konsertdə məktəblilər müxtəlif rəqslər, musiqi nümunələri və vətənpərvərlik mövzusunda xor ifa ediblər. Sonda onu nəzərinizə çatdıraq ki, bütün demokratik dövlətlərdə olduğu kimi Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Belə ki, ölkəmizdə uşaqları sağlam, hərtərəfli, vətənə layiq övlad kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Eşitməyən qalmasın 01.06.2023
Ulu Öndərin irsi milli sərvətimizdir
Şamaxıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin və Pedaqoji Universitetin Şamaxı filialının birgə təşkilatçılığı ilə keçirilən təbir “Ulu öndərin irsi milli sərvətimizdir” mövzusunda olub. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin, Pedaqoji Universitetin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Şamaxı rayonuna tarixi səfərlərindən ibarət foto-sərgiyə baxış keçiriblər. Ardınca tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə danışıblar. Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub. Sonda isə Pedaqoji Universitetin hazırladığı konsert proqramı iştirakçılarına təqdim edilib.
Bala maral müşahidə altında saxlanılır
Ötən il Şahdağ Milli Parkının İsmayıllı bölməsinə buraxılan nəcib marallar artıq bala verməyə başlayıb. Reintroduksiya layihəsi maralların əvvəlcə Şahdağ Milli Parkında adaptasiya dövrü keçməsini, sonra onların tarixən məskunlaşdığı bölgənin müxtəlif yerlərində təbiətə buraxılmasını nəzərdə tutur. Hazırda Azərbaycanın təbiətində 800 başadək maral yaşayır. Bu sayın artırılması məqsədi ilə ötən ilin noyabrında Şahdağ Milli Parkının İsmayıllı bölməsinə yeni nəcib maral növləri gətirilib. Artıq maralların sayında artım qeydə alınıb. Bir neçə gün əvvəl dünyaya gələn bala maralın çəkisi 5 kiloqramdan çoxdur. Baytarın və milli parkın əməkdaşlarının nəzarətində olan ana və bala yırtıcılardan mühafizə məqsədilə qapalı şəraitdə saxlanılır. Onların qidalanmasına da xüsusi diqqət yetirilir. Artım planlaşdırıldığı kimi gedərsə, bu marallar İsmayıllı bölməsi də daxil olmaqla, parkın digər bölmələrinə buraxılacaq. Hazırda ananın qorxmaması və balanın yemlənməsində problem olmasın deyə hazırda Şahdağ Milli Parkında bu istiqamətdə turist səfərlərinə icazə verilmir. Müəyyən müddət keçdikdən sonra qonaqlar parkın İsmayıllı bölməsinə gələrək, bala maralı müşahidə edə bilərlər. Qeyd edək ki ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsinə 3-ü dişi, 1-i erkək olmaqla, 4 nəcib maral buraxılıb. Hündür ayaqlara, qısa quyruğa, yaraşıqlı görkəmə malik, qulaqları uzun və hərəkətli olan bu heyvanlara əbəs yerə dağlar və meşələr gözəli adı verilməyib. Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi tanıdır. Xatırladaq ki, Şahdağ Milli Parkının ərazisində Avropa cüyürü, canavar, Hindistan tirəndazı, qonur ayı, Qafqaz köpgəri, çaqqal, tülkü, dovşan, zubr, nəcib maral və digər heyvanlar mövcuddur. İlin bütün fəsillərində bura turist kimi gəlməklə bir çox heyvanı yaxından görmək mümkündür.
Avtomobil ağaca çırpıldı, sürücü öldü
Ötən gün gecə saat 23 radələrində Qəbələdə ağır yol qəzası baş verib. 64 yaşlı Bakı sakini Rövşən Mustafayev şəhər ərazisində \"Wolksvagen\" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Yoldan çıxan nəqliyyat vasitəsi kənardakı ağaca çırpılıb. Sürücü hadisə yerində ölüb, onun qızı Zarağan kənd sakini 35 yaşlı İlahə Mustafayeva və nəvəsi, 7 yaşlı Yusif Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hazırda vəziyyətləri orta ağırdır, cərrahiyyə şöbəsində nəzarətdədirlər.
Avtomobil ağaca çırpıldı, sürücü öldü
Ötən gün gecə saat 23 radələrində Qəbələdə ağır yol qəzası baş verib. 64 yaşlı Bakı sakini Rövşən Mustafayev şəhər ərazisində \"Wolksvagen\" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Yoldan çıxan nəqliyyat vasitəsi kənardakı ağaca çırpılıb. Sürücü hadisə yerində ölüb, onun qızı Zarağan kənd sakini 35 yaşlı İlahə Mustafayeva və nəvəsi, 7 yaşlı Yusif Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hazırda vəziyyətləri orta ağırdır, cərrahiyyə şöbəsində nəzarətdədirlər.
Təşkilatçı Sədaqət Rəsulova və onun balacaları Həyat Tərzində 31.05.2023
Erkən nikahların qarşısı necə alınmalı? | Elə Çarə 31.05.2023
İsmayıllı polisi istehlaka yararsız qida məhsullarının satışının qarşısının alınması məqsədilə əməliyyat tədbiri keçirib. Rayon sakini Xəyal Ziliyev idarə etdiyi “Ford” markalı avtomobillə birgə saxlanılıb. Nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 2 tona yaxın at əti aşkarlanıb.
Araşdırma zamanı at ətinin Cülyan kənd sakini Samir İsayevə məxsus olduğu və Xəyal Ziliyevin istifadəsində olan avtomobillə Bakı şəhərinə göndərmək istədiyi müəyyən edilib. Davam etdirilən tədbirlərlə Samir İsayev də şöbəyə gətirilərək izahatı alınıb. Aşkar edilmiş 10 rəst ata aid ət müvafiq nümunələr götürülməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.