Super User

Super User

Şənbə, 31 Dekabr 2022 08:52

Həkimcanlı - Daha da fərqli 30.12.2022

Film, kanal S-in təşəbbüsü ilə ərsəyə gəlib. “Ay Arif - Yeni İl yuxusu” fiminin çəkilişlərinə dekabrın 2-ci yarısından start verilib. Film Bakılı ailənin üzvlərinin Şəkili bir ailəyə elçi gəlməyindən və bu gəlişin də yeni il ərəfəsinə düşməyindən bəhs edir. Rollarda Kanal S-in əməkdaşları və bəzi aktyorlar iştirak ediblər. Odur ki, bütün tamaşaçıları 31 dekabrda saat 23:15-də yayımlanacaq “Ay Arif, Yeni İl yuxusu” filmini izləməyə çağırırıq. Sizi Yeni ili və Dünya Azərbaycanlılarının həmrəylik gününü Kanal S-lə qarşılamağa dəvət edirik. Bizimlə qalın, çünki biz sizdəyik...

Şəkidə 14 saylı tam orta məktəbdə şəhid Rəşad Əhmədovun xatirəsi anılıb. Tədbirdə şəhid ailələri, qazilər, pedaqoji heyyət və məktəblilər iştirak ediblər. Məktəblilərin ifasında şəhidin həyat yolunu əks etdirən səhnəciklər təqdim olunub. Rəşad Əhmədov 2002-ci il iyun ayının 17-də Şəki şəhərində anadan olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. Suqovuşan, Ağdərə uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. 2020-ci il, oktyabrın 1-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən atılan silah mərmisinin partlayışı nəticəsində şəhid olub. Rəşad Əhmədovun nəşi ölümündən 90 gün sonra, dekabr ayının 30-da Şəkinin Şəhidlər Xiyabanında dəfn olunub. Prezidentin sərəncamı ilə Rəşad Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medallarıyla təltif edilib.

Elm və Təhsil Nazirliyi, Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş, "Balakən məktəblilərin Natiqlik yarışı" layihəsi uğurla yekunlaşıb. Layihə çərçivəsində ilk öncə Balakən rayonunun 7 məktəbində layihənin təqdimatları keçirilib. Təqdimatlardan sonra qeydiyyat linki yaradılıb, yarışda iştirak etmək istəyən şagirdlər qeydiyyatdan keçdilər. Qeydiyyat linkində verilən suallara daha dəqiq və düzgün cavab verən şagirdlər yarışda iştirak etmək hüququ qazandılar. 25 nəfər şagirdə 3 gün müddətində mentor xidməti göstərilib. Daha sonra isə 25 nəfər şagird hər biri 6 dəqiqə müddətində çıxış edərək ən yaxşı natiq adı uğrunda mübarizə apardılar. Münsiflər heyyəti tərəfindən qiymətləndirilən şagirdlər arasında qaliblər müəyyənləşdirilib. Sonda qaliblərə qiymətli hədiyyələr, iştirakçılara isə sertifikat təqdim olunub.

Cümə axşamı, 29 Dekabr 2022 19:49

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var...

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var. Hadisə bu gün Şəki-Qax avtomobil yolunun 29 cu kilometrliyində baş verib.Beləki ,Qax rayon Almalı kənd sakini 2003 cü il təvəllüdlü Şamo Şəfizadənin idarə etdiyi "Merseds Benz"marakalı minik avtomobili ilə "VAZ2107" markalı monik avtomobili toqüuşub.Nəticədə Qax rayon Lələpaşa kənd sakinləri 1965 ci il təvəllüdlü Əzizxanova Məlahət Ziyəddin qızı,1989 cu il təvəllüdlü Əzizxanov Elşən Sərvər oglu,2015 ci il təvəllüdlü Əzizxanlı Sərvər Elşən oglu və rayonun Zəyəm kənd sakini 1990 cı il təvəllüdlü Cumalıyeva Nübar Saleh qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla baglı araşdırma aparılır.

Cümə axşamı, 29 Dekabr 2022 17:32

Kanal S - 14 ildir Sizdəyik!

“Kanal S” – bu söz özündə o qədər doğmalıq, mehribanlıq, bir çox isti duyğular və hislər intibah edir ki, bunları sözlərlə ifadə etmək çox çətindir. Bəli bu gün “Kanal S”-in 14 yaşı bitir. 14 il boyu tamaşaçılarımızın bizə sadiq qaldığı kimi, biz də olara sadiq qalaraq dayanmadan, yorulmadan uzun yol qət etdik...

Keçən illər “Kanal S”in daha da püxtələşməsinə və peşəkarlıq səviyyəsinin artmasına səbəb olub. 2008-ci ilin soyuq dekabrında ilk dəfə dünyaya gözünü açan “Kanal S” qısa zamanda öz ayaqları üstə durmağı bacarmışdı. Ancaq bu sadəcə başlanğıc idi. Çünki irəlidə hələ fəth ediləsi necə zirvələr yeni yeriməyə başlayan televiziyanı gözləyirdi.

Bu gün isə rahatlıqla “Kanal S”in artıq bir çox zirvəni geridə qoyduğunu deyə bilərik. 2022-ci ilin yanvarından isə “Kanal S” daha bir zirvəni fəth etdi. Peykə çıxan Azərbaycanın ilk bölgə kanalı olmağı bacardı. Bəli, artıq bizi dünyanın istənilən nöqtəsində izləyə bilirsiniz. Bu gün biz sizə bütün bu uğurların arxasında durmadan çalışan, əzm göstərən, əksər vaxt kölgədə qalan və tamaşaçıların tanımadığı “Kanal S”-in gizli gücündən, onu hərəkətə gətirən və irəliyə aparanlardan danışmaq istəyirik.

 

443 -dən səhifə 597

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S