Super User

Super User

Şənbə, 07 Yanvar 2023 18:00

Silahla ehtiyatsız davranma can aldı...

Şəkidə 42 yaşlı kişi özünü tüfənglə vuraraq öldürüb. Bu gün günorta saatlarında  Oxud kəndi ərazisində  kənd sakini Cumay Salamovun tüfəngdən açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya aparılarkən yolda ölməsi barədə polis şöbəsinə məlumat daxil olub. İlkin araşdırmanın nəticələrinə əsasən, Cumay Salamov qardaşının idarə etdiyi “UAZ” markalı avtomobildə sərnişin qismində olarkən üzərindəki ov tüfəngi ilə ehtiyyatsız davranıb və silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən vəfat edib. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Şənbə, 07 Yanvar 2023 17:37

Yaşayış evində yanğın olub…

Şəki şəhərində Olimpiya məhəlləsi adlanan ərazidə yaşayış evində yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün, evə bitişik ümumi sahəsi 50 m² olan talvarın bir hissəsi, həmçinin evin içərisində olan su qızdırıcısı və paltaryuyan maşın yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən görülən tədbirlər sayəsində söndürülüb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Şəkidə ilk dəfə olaraq səsli işıqfor quraşdırılıb. Bu qurğu həm görmə məhdudiyyətli piyadalar, həm yol hərəkət qaydalarını tam bilməyən balacalar həm də fikirli halda yolu keçmək istəyənlər üçün xatırlatma edir. İşıqfor avtomobillərin hərəkəti zamanı “Gözləyin”, piyadaların hərəkəti zamanı isə “Keçin” komandaları verir. Nəticədə həm təhlükəsizliyi artırır, həm də piyadaların həyatını xilas etməyə köməklik göstərir. Danışan işıqforlar siqnal ixtisaslaşdırılmış layihə istehsalat birliyinin 4 saylı Regional İstismar sahəsinin əməkdaşları tərəfindən Heydər Əliyev prospektində quraşdırılıb. Qurumdan bildirilib ki, qurğular hər iqlim şəraitinə davamlıdır və mütəmadi olaraq texniki nəzarəti həyata keçiriləcək. Bununla yanaşı, hazırda bir küçədə quraşdırılan qurğunun qısa zaman ərzində diğər küçələrdə də quraşdırılacağı bildirilib. Şəhər sakinləri də səsli işıqforun çox maraqlı və xeyirli olduğunu deyirlər.

Günorta saatlarında Şəki şəhər Məhəmmədəmin Rəsulzadə küçəsində, Daş Qaya adlanan ərazidə qəza baş verib. Səməd Süleymanovun idarə etdiyi “Mann” markalı yük avtomobili ilə Əfqan Nəbiyevin sükanı arxasında olduğu Ford markalı sərnişin mikroavtobusu toqquşub. Hadisə nəticəsində bir nəfər Şəki rayon Suçma kənd sakini sərnişin 67 yaşlı Minayə Əlixanova müxtəlif müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bayram tətilinin son günü səhər saatlarından etibarən avtovağzallarda sıxlıq müşahidə edilib. İşini ehtiyatlı tutanlar biletləri əvvəlcədən alıblar. Bayramı Şimal-Qərb istiqamətində qeyd etmək üçün gedənlərin bir qismi geri gəlmək üçün İsmayıllı avtovağzalına üz tutub. Daşımalar isə iri tutumlu avtobuslarla yanaşı, mikroavtobuslarla da həyata keçirilirdi. Sərnişin sayındakı artıma baxmayaraq qiymətlərdə bahalaşma müşahidə olunmurdu. Sərnişinlərin sayının kəskin artması avtovağzal rəhbərliklərini əlavə tədbirlər görməyə vadar edib. Digər günlərlə müqayisədə tətilin son günündə avtovağzalda xeyli sıxlıq müşahidə ediləcəyi pranozlaşdırıldığından artıq müəyyən istiqamətlərdə xəttlərə əlavə avtobuslar buraxılıb.

Çərşənbə, 04 Yanvar 2023 18:50

Tibb bacısı dəm qazından boğulub…

Hadisə səhər saatlarında Zaqatala şəhəri Cavad xan küçəsindəki fərdi yaşayış evində baş verib. 42 yaşlı Əminə Qardaşova yaşadığı ünvanda dəm qazından boğularaq ölüb. Onun cəsədini həyat yoldaşı vanna otağında cansız halda aşkarlayıb. İlkin ehtimala görə, Əminə Qardaşova dəm qazından boğularaq ölüb. Ölümün dəqiq səbəbini öyrənmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, Əminə Qardaşova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışırdı. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

441 -dən səhifə 597

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S