Super User

Super User

Cümə axşamı, 29 İyun 2023 16:10

Otdaşıyan avtomobillərin yaratdığı təhlükə

Yay aylarında baş verən yol nəqliyyat hadisələrinin bir qismi, normadan artıq yüklənmiş avtomobillərin ehtiyatsızlığı ucbatından yaşanır. Belə ki, istər elektrik naqillərinə toxunaraq yanan yüklü avtomobillər, istərsə də yükərin digər nəqliyyat istifadəçilərinin üzərinə aşması nəticəsində təhlükəli şəraitin yaranması qaçılmaz olur. Ancaq yük daşımalarının da öz qaydaları var. Yük daşıma qaydalarının pozulmasına görə törədilmiş hər bir əməl nəticəsindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır. Baş Dövlət Yol polisi idarəsindən də qanunvericilikdə nəzərdə tutulmuş ölçü parametrlərini aşmaqla, qablaşdırılmamış, xüsusilə tezalışan yük kateqoriyasına aid olan ot bağlamalarından ibarət yüklərin daşınmasına görə sürücülər haqqında çoxsaylı inzibati tədbirlərin görülməsinə baxmayaraq, bu cür qayda pozuntularını tez -tez müşahidə edildiyi bildirildi. Bir sözlə yollarda həm öz həm də digər nəqliyyat iştirakçılarının təhlükəsizliyini qorumaq üçün yük maşını sürücülərinin üzərinə böyük məsuliyyət düşür.  Odur ki, bu sahədə daha yaxşı maarifləndirici işlərin görülməsinə ehtiyac var.

Cümə axşamı, 29 İyun 2023 14:16

Eşitməyən qalmasın 30.06.2023

Cümə axşamı, 29 İyun 2023 12:31

Eşitməyən qalmasın 29.06.2023

Cümə axşamı, 29 İyun 2023 10:32

Təbiətin fəthi | Bəlkə 26.06.2023

Çərşənbə axşamı, 27 İyun 2023 16:12

Keçmiş məhkum narkotikə görə yenidən tutuldu...

Zaqatalada keçmiş məhkumdan 1,5 kiloqrama yaxın narkotik vasitə götürülüb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də məhkum olunmuş Aslan Əzizov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümdə marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə Aslan Əzizovun pay torpaq sahəsindəki yarımtikiliyə də baxış keçirilib və oradan 1 kiloqram 400 qramdan artıq marixuana aşkarlanıb. Saxlanılan şəxsin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Çərşənbə axşamı, 27 İyun 2023 16:08

Qeyri-sabit hava arıçılığa təsir edib...

Qeyri-sabit hava şəraiti kənd təsərrüfatının bir çox sahələri kimi arıçılığa da mənfi təsir göstərib. Son bir ayın yağmurlu keçməsi birinci bal süzümünü gecikdirməklə yanaşı, məhsuldarlığıda xeyli aşağı salıb.Buda öz növbəsində qiymətlərə təsir edə bilər. İzləyək.

437 -dən səhifə 669

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S