Super User
Qax çaylarında sel təhlükəsi...
Mənbəyini Böyük Qafqaz dağlarından götürən, Qax rayonu ərazisindən axan ən böyük çay olan Kürmük çayı yaz aylarında gursululuğu ilə seçilir. Yazqabağı ətraf ərazilərdə yaşayan sakinlər həyəcan təbili çalır. Regionun ən dağıdıcı çaylarından sayılan Kürmük çayında vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, çayın sahilindəki yaşayış məntəqələri su altında qala bilər. Bəs, bu təhlükənin qarşısını almaq üçün aidiyyatı qurumlar nə iş görür?
Qax rayonunun İlisu və Sarıbaş kəndləri istiqamətində yüksək dağlardan mənbəyini götürən Kürmük çayı xüsusilə yaz-yay aylarında təhlükəli olur. Yağan leysan yağışları əriyən qar suları ilə birləşərək selin əmələ gəlməsinə səbəb olur. Çayın sahilində yerləşən yaşayış məntəqələri isə subasma təhlükəsi ilə üz-üzə qalır. Belə təhlükəylə ən çox üzləşən isə Əlibəyli və İbaxlı kəndləridir.
Sakinlər sel təhlükəsinin aradan qaldırılması üçün tədbirlərin görülmasini vacib sayır. Çünki, elə ötən il gələn selin qarşısı çox çətinliklə alınıb. Qax rayon Suvarma Sistemləri İdarəsindən isə bildirildi ki, sel təhlükəsini yaradan təkcə yağıntı deyil. O cümlədən gətirmə materiallarla çay yatağının dolması da sellərin məcradan çıxmasına səbəb olur. Ona görə də bəndqurma işləri ilə yanaşı, məcratəmizləmə və suvarma kanallarında lil təmizləmə işləri də aparılır. İdarə rəsmisi onu da bildirdi ki, bəndqurma və məcratəmizləmə işləri ilboyu rayonun digər çaylarında da aparılacaq. Beləliklə sel təhlükəsi aradan qalxacaq.
Avtomobillər toqquşdu, bir nəfər xəsarət aldı...
Şəkidə yol nəqliyyat hadisəsi baş verib. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qırxbulaq kəndi ərazisində keçən hissəsində, yolun 145-ci km-də qeydə alınıb.
Şəki şəhər Orta Zəyzid kənd sakini 35 yaşlı Əhməd Ağayev idarə etdiyi VAZ 21015 markalı avtomobillə 24 yaşlı Qəbələ rayon Tikanlı kənd sakini Əsabəli Qocayevin idarə etdiyi VAZ 2104 markalı avtomobil toqquşub.
Qəza nəticəsində VAZ 2104-də olan sərnişin 26 yaşlı Əsgər Məmmədli xəsarət alıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şəki RMX-yə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ceyhun Bakinskiy, Lətafət Ələkbərova və Elay Xasıyev "Həyat Tərzi"ndə 03.01.2023
Müğənni Sevda Əliqızı: "Həyatımı dəyişməyi çox istərdim..." | Xeyirli axşamlar 01.03.2023
Həkimcanlı - Fizioterapevt Gülay Qurbanzadə - Onurğa sütunun anomaliyaları 01.03.2023
Ustad - Narlı Bakı burması, Pomidor şorbası, Portağallı toyuq salatı, Ərəb limonadı 01.03.2023
61 yaşlı qadın dəm qazından boğularaq ölüb…
Şəkidə isə 61 yaşlı qadın dəm qazından boğulub ölüb. Yaxınları şəhər sakini Xatın İsaqovanı huşsuz vəziyyətdə hamamda tapıblar. Dərhal Təcili Tibbi Yardım Briqadası çağrılsa da onun artıq keçindiyi məlum olub.
Bu gün od çərşənbəsidir…
Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. El arasında od çərşənbəsinə “Üzgü çərşənbə”, “Addı çərşənbə” , “ocaq çərşənbəsi” də deyirlər. İsmayıllıda od çərşənbəsi özünəməxsus şəkildə qeyd edilir.
Novruz bayramı və onun tərkib hissəsi olan ilaxır çərşənbələrinin bir əsrarəngizliyi də ondadır ki, bu zaman insan özünü təbiətlə bir sırada qoyur, özünü təbiətin bir parçası kimi görür və onunla eyniləşdirir. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Müxtəlif xörəklər bişirilməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. İnsanların inancına görə,süfrənin bollu, bərəkətli olması, ilin şirin və sevinc dolu keçməsinə səbəb olur. Beləliklə, Novruz və ondan əvvəl keçirilən çərşənbələr Azərbaycan xalqının həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür. Od çərşənbəniz mübarək, ocağınız daima nurlu olsun!
Cərrah, mama-ginekoloq Zülfiyyə İmanova "Həkimcanlı"da - 28.02.2023
Qazlaşmış kənddə qazsız qalanlar…
Şəkinin iri kəndllərindən biri olan Baş Göynük kəndi 10 ilə yaxındır ki, qazlaşsa da 60-dan artıq ailə bu prosesdən kənarda qalıb. Və onların qaz həsrəti illərdir bitmək bilmir. Qazsız keçən hər günə görə yaşıllıqları məhv etmək məcburiyyətində qalırlar, maddi cəhətdən də ziyana düşürlər. Qazın çəkilməsi ilə bağlı dəfələrlə aiddiyyatı qurumlara müraciətlər etdiklərini bildirən sakinlər verilən vədlərə əməl olunmadığından gileylənirlər. Azəriqazdan məsələ ilə bağlı bildirilib ki, mövcud vəziyyətdən xəbərdardırlar. Qeyd edək ki, ümumilikdə Şəkinin qazlaşma səviyyəsi 92%dir. Və bu il daha 2 yaşayış massivinin qazlaşması nəzərdə tutulur.