Super User
Nahara az qala - Çəkmə plov 01.02.2023
17 yaşlı oğlan qəflətən ölüb…
Zaqatalada 17 yaşlı oğlan qəflətən ölüb. Məlumata görə, şəhərin Gülbənövşə Kərimova küçəsindəki evdə kirayə yaşayan rayon sakini, Turan Qurbanov hamamda yuyunmaq istəyərkən qəflətən halı pisləşib. İlkin tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma başlanılıb. Turan Qurbanovun dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Türkiyəli mütəxəssislər arıçı fermerlərlə təcrübələrini bölüşüb…
Azərbaycanda keçiriləcək 8-ci Beynəlxalq arıçılar Konfransı çərçivəsində bu konfransa dəvət olunan xarici mütəxxəsislər bölgələrə səfər edərək, yerli arıçılıq təsərrüfatları ilə tanış olub. Zaqatalaya səfərləri çərçivəsində əcnəbi mütəxxəsislər rayon arıçıları ilə görüşərək, Qafqaz arısının geninin qorunub saxlanması, gen analizi, ana arıların yetişdirilməsi kimi mövzularda masterklass keçib. Zaqatalada yaradılan Azərbaycanda ilk boz Qafqaz arısının damazlıq təsərrüfatı, izole edilmiş bölgə ilə tanış olan türkiyəli mütəxəssislər təərrüfatın yerləşdiyi ərazini və yaradılan şəraiti yüksək qiymətləndirib. Qeyd edək ki, Zaqatalanın yüksək dağlıq ərazisində,yaşayış məskənindən 6 km aralıda,Meşleş dərəsində yerləşən bu damazlıq təsərrüfatında boz Qafqaz arısının saf genefondu qorunub saxlanılır. Bu arı növü həm də xəstəliklərə davamlılığı və daha çox bal toplaması ilə seçilir.
4 avtomobil toqquşdu…
Muğanlı- İsmayıllı yolunda zəncirvarı qəza olub. Hadisə yolun Basqal kəndindən keçən hissəsində qeydə alınıb. “QAZ-53”, “VAZ 2107”, “Mercedes” və “Lada-099” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “QAZ-53”-ün sürücüsü yüngül xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.
Anama sual verdim, mənim atam hanı? | Həyat Tərzi 31.01.2023
Xəyalə ilə "Sizdəyik" - Ceyran Haşımova 29.01.2023
Telli Borçalı ifası ilə xəstəni sağaltdı | İndi bashla 31.01.2023
Balacalar üçün qozlu top resepti | Nahara az qala 31.01.2023
Bölgələrə yüksəksürətli internet xətti çəkilir...
Bölgələrdə, xüsusilə də Şəkidə internetin keyfiyyətinin çox aşağı olması ilə bağlı ötən həftə sujet təqdim etmişdik. Artıq bu problemlər geridə qalacaq. Belə ki, “Aztelekom” tərəfindən Şimal-Qərb bölgəsinin 5 rayonuna Balakən, Zaqatala, Qax, Şəki və Oğuza GPON texnologiyası ilə yüksəksürətli internet çəkilir. İşlər şəhərlərlə yanaşı, kəndlərdə də paralel olaraq aparılır. Şəkinin Kiçik Dəhnə kəndi də GPON texnologiyası əsasında yüksəksürətli internetlə təmin edilir. Texniki imkanları məhdud olan TDM stansiyasının yerinə 6144 montaj tutumlu IP multimedia sistemli Optik Xətt Terminalı istismara verilib. Kiçik Dəhnə kəndinin bütün məhəllə və küçələrinə fiber-optik kabel şəbəkəsi çəkilib, evlərin yaxınlığında texniki normalara uyğun məsafədə optik paylayıcı qutular quraşdırılıb. 450 kənd sakininin mənzilinə yeni telefon və internet xətti çəkilib. Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli internet paketləri təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 A- 54 manat arasında dəyişir.
Bu tarixi kəndə heç zaman su çəkilməyib...
Nailə Məmmədova 70 ildir ki, Göylərdə yaşayır , kəndin ən yaşlı sakinlərindən biridir. Nənə deyir ki, kiçik yaşlarından indiyədək kənddə su olmadığından hamı kimi o da bulaqlardan su daşımğa öyrəşib. Bulaq da yaşadığı evdən nə az, nə çox 1 km aralıda yerləşir.Məsafənin uzun olmasına baxmayaraq o, çiynində güyüm,əlində su qabı gündə ən azı 3,4 dəfə bulaqdan su gətirir. Nailə nənə deyir ki, gündə ən çoxu 20 litr su daşıya bilir. Özümüz içməyə su tapmırıq deyə, mal-qara da susuzluqdan qırılıb batır. Daşıdıqları su içməyə, yeməyə, paltar yumağa ancaq çatır. Göylər elə adı kimi yüksək zirvələrdə, dağlar qoynunda olmasına baxmayaraq, uzun illər davam edən susuzluq problemi sakinləri çıxılmaz vəziyyətə salıb. Deyirlər, ümid ən sonda ölür, amma onlar mövcud vəziyyətə o qədər qatlaşıblar ki, ümidləri belə qalmayıb. Problem həll olunması bir yana, getdikcə dərinləşir, bulaqlar çoxdan qurumağa başlayıb. Bəlkə də artıq həyəcan təbili çalmağın vaxtıdır. Kənd bələdiyyəsinin sədri problemin kökündən həlli üçün külli miqdarda vəsait lazım olduğunu bildirib.