Super User

Super User

Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 5 saylı tam orta məktəbdə “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib. Zərərli vərdişlər barədə şagirdləri maarifləndirmək məqsədilə keçirilən tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları, veteranlar, müəllimlər və məktəblilər iştirak ediblər. Çıxış edənlər müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən “ağ ölüm” ilə mübarizənin vacibliyindən, bu problemə daim ictimai nəzarətin zəruriliyindən danışıb və təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin önəmini vurğulayıb. Daha sonra çıxış edənlər narkomaniyanın fəsadları haqqında ətraflı məlumat verib, sağlam həyat tərzinin üstünlüklərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Sonda şagirdləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb və mövzu ilə əlaqəli videoçarx nümayiş olunub.

Bazar ertəsi, 26 Dekabr 2022 12:25

İsmayıllıda ağır yol qəzası can aldı...

Hadisə axşam saatlarında İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "BMW" və "Honda" markalı avtomobillərin toqquşması nəticəsində Qəbələ rayon sakinləri, 21 yaşlı İsmayılova Aytac , 46 yaşlı İsmayılova Aminə, Bakı sakinləri, 53 yaşlı İsmayılov Qabil, 34 yaşlı Hacıyev Səməndər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Bakı sakini, 20 yaşlı Nağıyev Nurlan dünyasını dəyişib. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün gecə saatlarında Qəbələ rayonunun Laza kəndi ərazisində qetdə alınıb. Mehran Həsənovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin Maarif Xasıyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Vətən müharibəsi şəhidi mayor Xəyal Məmmədovun doğum günü ilə əlaqədar xatirəsinə həsr olunmuş tədbir keçirilib. Çıxış edənlər Nizami Rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının rəsmiləri, şəhid ailələri və ictimiyyət nümayəndələri iştirak edib. Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar. Qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirəsinin daim uca tutulduğu ifadə olunub. Tədbir bədii hissə ilə davam edib, şəhid Xəyal Məmmədovun övladları vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, şəhidin xatirəsinə ithaf edilən mahnılar ifa edilib. Xatırladaq ki, mayor Xəyal Məmmədov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 20-də Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Qəhrəman "Vətən uğrunda", "Cəbrayılın, Qubadlının və Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Şənbə, 24 Dekabr 2022 18:23

Şamaxı yeni ilə hazırdır…

Şamaxı Yeni ili qarşılamağa hazırdır... Şəhər Yeni ilin simvoluna çevrilmiş müxtəlif aksessuarlarla bəzədilib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Şamaxı rayonunda icra hakimiyyəti tərəfindən rayonun parkı, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər bəzəklərin quraşdırılması, eləcə də təmizlik işləri həyata keçirilib. 28 metr hündürlüyündə olan şam ağacı rayonun girişində qurulub. Görülən işlər yerli əhali ilə yanaşı, rayona gələn qonaqların da marağına səbəb olub. Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayon ərazisində keçən hissəsində quraşdırılan Yeni il atributları, işıqlı çilçıraqlar yoldan keçənləri belə ayaq saxlamağa vadar edir. Magistraldan yolu keçən hər 3 avtomobildən ikisi bu ərazidə dayanır, mənzərəni seyr edir. Yeni salınmış dairəvi yol ətrafında və Heydər Əliyev Parkında da müasir işıqlandırma sistemləri tətbiq olunmaqla Yeni il atributları və müxtəlif dizaynda bəzədilmiş əyləncəli qurğular quraşdırılıb. Və hündürlüyü 15 metr olan şam ağacı qurulub.

445 -dən səhifə 597

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S