Super User
Aşıq Kəmalə Qubadlı və əməkdar artist Nadir Xasıyev "Nahara az qala"da 04.01.2023
Çevrəmiz - Həyatımızın ayrılmaz hissəsi mobil telefonlar 04.01.2023
Çevrəmiz - Yeni il bürclərə nə vəd edir? 03.01.2023
Mikrovtobus minik avtomobili ilə toqquşdu, xəsarət alanlar var...
Şəki şəhər Məmmədəmin Rəsulzadə küçəsində, Daş Qaya adlanan ərazidə qəza olub. 27 yaşlı Qusar rayonu Kuzunqışlaq kənd sakini Nurlan Tayıbovun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə, 55 yaşlı Şəki rayonu Aydınbulaq kənd sakini Azad Nəcəfovun idarə etdiyi Mersedes markalı mikroavtobus toqquşub. Qəzadan sonra mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində biri azyaşlı olmaqla 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan iki nəfər 44 yaşlı Şəki sakinləri Zəminə Məmmədova və Nüvər Möhsümova xəstəxanada saxlanılıb. Digər yaralıların xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.
Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb...
Hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində baş verib. Rayon sakini, 45 yaşlı Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar. Faktla bağlı araşdırma aparılır.
Həkimcanlı - Həkim-genetik Eldəniz Bayramov 03.01.2023
Şəkili idmançıların növbəti uğuru
Bakı şəhərində 24-25 dekabr tarixlərində keçirilən Azərbaycan Kapoeyra Federasiyasının yaranmasının 15 illiyinə həsr olunan Kapoeyra üzrə Respublika birinciliyi və çempionatından Şəkili idmançılar uğurla dönüb.
200-ə yaxın idmançının mübarizə apardığı yarışda idmançılar arasında şəhid övladları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, Azərbaycanda yaşayan və BMT-nın sığınacağında məskunlaşmış Qaçqınlar, Ukrayna müharibəsinin qaçqınları da iştirak ediblər.
Turnirdə iştirak edən məşqçi Murad Məmmədlinin rəhbərlik etdiyi Şəki komandası 2 qızıl, 1 bürünc medal alıb. Belə ki, 10-12 yaş qrupunda Özgür İsazadə 1-ci yerə, Uğur Hidayətli 3-cü yerə, 7-9 yaş qrupunda isə Ömər Əhmədov 1-ci yerə laiq görülüblər.