Super User
Çevrəmiz - Ana qızı ilə hansı halda rəfiqə ola bilər? 21.12.2022
Nahara az qala - Qayyum ailəsi ilə 21.12.2022
Gənclər və yeniyetmələr arasında idman yarışı keçirilib...
Şəkinin Qoxmuq kəndində Alpaqut Turan döyüşü üzrə yeniyetmə və gənclər arasında qurşaq uğrunda yarış keçirilib. 3 komandanın qatıldığı yarışda 6 yaşdan 30 yaşa kimi 21 kq-dan 52 kq-a qədər idmançılar mübarizə aparıb. Sonda qalib olan komandalara kuboklar, idmançılara isə medal və diplomlar təqdim edilib.
Şəkidə ağır qəza: 2 ölü 6 yaralı...
Şəkidə ağır yol qəzası baş verib, iki azyaşlı hadisə yerində ölüb, daha altı nəfər xəsarət alıb. Hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi "VAZ-21013" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Qəza zamanı avtomobildə olan iki azyaşlı Çayqaraqoyunlu kənd sakinləri 6 yaşlı Elşad Həşimov və 9 yaşlı Çiçək Əhmədova hadisə yerində ölüb. Eyni zamanda qəzada xəsarət alan Çayqaraqoyunlu kənd sakinləri - sürücü Elçin Məmmədov, avtomobildə olan sərnişinlər - Rəqsanə Quliyeva, Günay Həşimova, Gülay Həşimova, Cəlil Əhmədov və Elif Həşimovadır. Hazırda onların müayinəsi Şəki RMX-da davam etdirilir. Qeyd edək ki, Şəkidə baş verən ağır yol qəzasında ölən və xəsarət alan şəxslər iki ailənin üzvləridir. Onlar rayonun Bideyiz kəndindən yaşadıqları Çayqaraqoyunlu kəndinə qayıdırlarmış. Faktla bağlı araşdırma aparılır.
Şəkili idmançının növbəti uğuru
Bakı şəhərində ümummilli liderin anım gününə həsr olunan Savat - Fransız boksu üzrə açıq turnirdən Şəkili idmançılar uğurla dönüb. Belə ki, turnirdə iştirak edən şəkili məşqçi, idmançı Nicat Səlimov Savate Kombat versiyasında 75 kq çəki üzrə qalib gələrək birincilik qazanıb. Bu onun Savat üzrə ikinci çempionluğudur. Xatırladaq ki, turnirdə müxtəlif çəki dərəcələri və versiyalar üzrə 200-dən artıq idmançı fəxri yerlər uğrunda mübarizə aparıb. Onu da qeyd edək ki, Nicat Səlimov indiyədək UŞU Sanda idman növü üzrə 6 dəfə respublika çempionu, kinqboksinq üzrə dünya üçüncüsü fəxri adını qazanıb.
Çevrəmiz - Uşaqlar asudə vaxtını necə keçirir? 20.12.2022
Ölümlə nəticələnən yol qəzası...
Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində qeydə alınıb. “Lada Priora” və“Toyota” markalı avtomobillərin toqquşması nəticəsində “Lada”nın sürücüsü, Nic qəsəbə sakini 22 yaşlı Anar Hüseynli aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
Dumanlı hava qəzaya səbəb oldu...
Qaxda dumanlı havada idarəetmədən çıxan avtomobil beton maneəyə çırpılıb. Nəticədə 2 nəfər xəsarət alıb. Hadisə Şəki-Qax-Zaqatala yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, Qax rayon Turaclı kənd sakini Fərid Tarverdiyevin idarə etdiyi minik avtomobili Turaclı kəndindən Qax şəhəri istiqamətində hərəkətdə olarkən Qax şəhərinin girişində quraşdırılmış beton maneəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisəyə səbəbin havanın qatı dumanlı olması bildirilir. Faktla bağlı araşdırma aparılır.
Avtomobil piyadanı vuraraq öldürüb…
Şəkidə piyadanı maşın vuraraq öldürüb. Hadisə rayonun Aşağı Göynük kəndi ərazisində baş verib. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada 43 yaşlı Aşağı Göynük kənd sakini Rasim Əlimərdanov xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı araşdırma aparılır.