Super User

Super User

Şəkidə DYP-nin təşkilatçılığı ilə 20 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdlərinə uşaq travmatizminin qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji heyyəti, ibtidai sinif şagirdləri və polis əməkdaşları iştirak ediblər.  Tədbird piyadaların intizamının artırılması, təhlükəsiz davranış vərdişlərinin aşılanması, tədris prosesinin effektliyinin yüksəldiləməsi məqsədini daşıyır. Çıxış edən şagirdlər, qonaqlara yol hərəkəti qaydalarına aid şeirlər, mahnılar və səhnəciklər nümayiş etdiriblər. Sonda DYP-nin əməkdaşı şagirdlərə “yol hərəkəti əlifbası” kitabı hədiyyə edib.

Çərşənbə, 07 Dekabr 2022 20:20

Ümummilli liderin xatirəsi anılıb…

Şamaxı Heydər Əliyev Mərkəzinin və Sabir qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev siyasi irsinin təbliği məqsədilə yaradılmış təbliğat qrupunun üzvləri , məktəbin müəllim və şagird kollektivi iştirak edib. Çıxış edənlər vurğulayıb ki, Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi , müdrik dövlət xadimi kimi düşüb.  Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Sonda Ulu Öndərin mənalı ömür yolu və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi və sənədli film nümayiş etdirilib, şagirdlərin ifasında kompozisiya səsləndirilib.

Çərşənbə, 07 Dekabr 2022 12:46

Sirlər - Son axşam yeməyi 03.12.2022

Çərşənbə axşamı, 06 Dekabr 2022 19:19

DYP sürücülərə müraciət etdi...

Son günlər ölkə ərazisində hava şəraiti kəskin dəyişib, temperatur enib. Nəticədə bir sıra dağlı ərazilərdə duman nəticəsində yollarda görüş məsafəsi aşağı düşüb və buzlanma ehtimalı yaranıb. Bu isə öz növbəsində qəzaların və təhlükəli vəziyyətlərin artmasına gətirib çıxarır. Ekologiya və Təbii Sərvətlər nazirliyi bu cür hava şəratinin daha bir neçə gün davam edəcəyini proqnozlaşdırır. Dövlət Yol Polisi yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək diqqətli olmağa çağırıb.

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 13:00 radələrində Şəki rayon sakini 36 yaşlı Yusibov Eltun Yaşar oğlunun idarə etdiyi "MercedesVita" markalı sərnişin mikroavtobusu Şəki-Bakı marşurutu üzrə hərəkət edərkən sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü Eltun Yusibov və sərnişinləri, 48 yaşlı Manafov Sərdar Müzəffər oğlu, 60 yaşlı Rəsulova Nurlanə İzzət qızı, 42 yaşlı Nağıyeva Xəyalə Bəkir qızı, 34 yaşlı Rəsulova Çinarə Rafiq qızı, 37 yaşlı  Mustafayev Sadəddin Hüseynəli oğlu, 60 yaşlı Əmrahov Əmrah Şakir oğlu, 57 yaşlı Aslanov Eldar Salam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bazar ertəsi, 05 Dekabr 2022 11:32

Əlillər günü ilə bağlı tədbir keçirilib...

Şəkidə “3 Dekabr-Beynəlxalq Əlillər Günü” münasibəti ilə Reabilitasiya Mərkəzində tədbir keçirilib. Mərkəzin işçilərinin,  incəsənət,  musiqi məktəbinin, orta məktəbin şagirdlərinin, qazilər və mərkəzdə müalicə olunan əlillərin iştirak etdiyi tədbirdə çıxış edənlər ölkəmizin hər yerində olduğu kimi, Şəki rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyini, rayonda fəaliyyət göstərən fiziki və sağlamlıq imkanları məhdud şəxslərin müalicə olunduğunu bildiriblər. Onların cəmiyyətə fəal inteqrasiya olunması istiqamətində müvafiq işlərin görüldüyü, əlillərin rifah halının yaxşılaşdırılması, bu qəbildən olan insanların sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində məqsədyönlü addımların atıldığı diqqətə çatdırılıb. Daha sonra tədbir çərçivəsində mərkəzdə müalicə olunan əlillərə hədiyyələr verilib, işində fəal olan işçilərə təşəkkürnamələr təqdim olunub. Kanal S MMC də fəxri fərmanla təltif edilib. Ardınca əlillərin əl işlərinə baxış olub. Tədbir konsert proqramı ilə davam edib. 

452 -dən səhifə 597

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S