Super User
Xeyirli axşamlar 08.02.2024
Zenfira İbrahimova musiqiləri ilə canlı-canlı "Xəbərin var?"da 09.02.2024
Ginekoloq Günay Xəlilova - Sonsuzluq | Həkimcanlı 09.02.2024
Pediatr Səidə Əhmədova - Son zamanlarda uşaqlarda yaranan xəstəliklər... | Həkimcanlı 09.02.2024
Şəki sakinlərinin uçmaq təhlükəsi altında olan yol problemi...
Bura Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Mirzə Fətəli Axundzadə küçəsidir. Küçənin mərkəzindən su kanalı keçir. Həmin su kanalının isə bir neçə yerdən istinad divarı dağılıb. Artıq kanalın istinad divarının dağıldığı yerlərdə yolun torpaq qatı görünməyə başlayıb. Yaxınlıqda bir çox yaşayış evinin yerləşdiyi, hər gün nəqliyyat vasitələrinin keçdiyi yolun bu vəziyyətə düşməsi sakinləri narahat edir. Məsələ ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Müraciətimizə cavab olaraq bildirildi ki, 2024-cü ildə şəhərin abadlıq və quruculuq işləri üçün nəzərdə tutulan vəsait hesabına həmin ərazidə təmir işlərinin aparılması nəzərdə tutulub. Ümid edirik əhalinin mütəmadi istifadə etdiyi yolda hər hansı bədbəxt hadisə baş vermədən problem tezliklə həllini tapar...
Şəhid doğum günündə məzarı başında anıldı...
Şəkinin Abbas kəndindən olan şəhid baş çavuş Saleh Məmmədovun cənnətdə keçirdiyi 29-cu doğum günü qeyd edilib. Anım tədbirində şəhidin ailə üzvləri, yaxınları, ziyalılar, məktəblilər iştirak edib. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Çıxış edənlər Saleh Məmmədovla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Vətən müharibəsində mərdliklə vuruşan, bu yolda canından keçən şəhidimiz əsl qəhramanlıq dastanı yazıb. Gələcək nəsillərə örnək olacaq igid baş çavuş Saleh Məmmədov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın Qubadlının, Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Mərasimin sonunda Aşağı layısqı və Aşağı Göynük kənd məktəblərinin şagirdləri vətənpərvər ruhda şeirlər söyləyiblər.