Super User

Super User

Bazar ertəsi, 05 Fevral 2024 09:30

Şəkidə ev yandı, xəsarət alan var...


Şəki rayonunun Turan qəsəbəsində 4 ailənin yaşadığı binada yanğın baş verib. Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 500 kvadrat metr olan fərdi yaşayış evinin 360 kvadrat metr hissəsi və həyətdə olan yardımcı tikili tamamilə yanıb.

Yaxınlıqdakı tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının qəsdən törədildiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır...

Bazar ertəsi, 05 Fevral 2024 09:11

Səhər dəmi 05.02.2024

Şəkidə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin və M.F.Axundzadə adına mədəniyyət mərkəzinin dəstəyi ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Mən həmişə gəncəm – 2” adlı intellektual yarışma keçirilib. Yarışmada Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ bölgələrindən 6 komanda iştirak edib. Yarışma 5 mərhələdən, hər mərhələ isə 10 sualdan ibaərət olub. Ən az xal toplayan 1 komanda hər mərhələdə yarışmadan kənarlaşdırılıb. Yarışmanın yarım finalına “Qax” və “Şəki” komandası çıxıb. Qalib komanda isə “Şəki” komandası olub. Qalib komanda üzvləri fəxri fərmanlarla mükafatlandırılıb. Həmçinin auditoriya qismində əyləşən şəxslərdən suallara düzgün cavab verənlərə hədiyyələr təqdim olunub.

Həftə içi 5 gün səhər saat 10:00-dan 12:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

Cümə, 02 Fevral 2024 13:51

Eşitməyən qalmasın 02.02.2024

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat zamanı rayon sakinləri – əvvəllər də xuliqanlıq və digər cinayətlərə görə məhkum olunmuş Mübariz Mustafazadə və onun qonşusu Firuz Yusifov saxlanılıb.

Heydər Əliyev mərkəzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İcra hakimiyyəti ilə birgə təşkil etdiyi 2 fevral - Gənclər Günü münasibəti ilə rayon tədbiri keçirilib. Tədbirin açılışında ümummilli lider Heydər Əliyevin gənclər siyasətini əks etdirən video çarxın nümayişi olub. Rəsmi hissədə çıxış edənlər iştirakçıları Gənclər Günü münasibəti ilə təbrik ediblər. Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıqlar sayəsində ərazi bütövlüyümüzün bərpa olunması xatırlanıb. Həmçinin gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışılıb. Bildirilib ki, müasir rəqəmsallaşan dünyada insan kapitalı əsas faktora çevrilir ki, bu istiqamətdə önəmli addımlar atılır. Vətənə laiqli, savadlı gənclərin yetişdirilməsi üçün təhsil sistemi yenidən qurulur. Tədbirdə gənc nəslin tərbiyəsi sahəsində fərqlənən 30-a yaxın təhsil işçisi fəxri fərmanlarla təltif edilib. Bədii hissədə uşaq-gənclər inkişaf mərkəzlərinin, musiqi məktəblərinin hazırladığı vətənpərvər ruhlu seir, mahnı və rəqslər ifa edilib.

Cümə, 02 Fevral 2024 09:13

Səhər dəmi 02.02.2024

Vətən müharibəsinin Şəkidən olan şəhidi Eltun Kərimovun cənnətdəki 23-cü yaşı qeyd edilib. Tədbirdə şəhid və qazi ailələri iştirak ediblər. İlk öncə vətən müharibəsində torpaqların azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə dualar oxunub. Çıxış edənlər şəhid Eltun Kərimovun qısa ancaq şərəfli ömür yolundan danışıb, onun haqqında xatirələrini bölüşüblər. Qeyd olunub ki, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımız heç zaman unudulmayacaq. Xatırladaq ki, Eltun Kərimov 2020-ci ilin oktyabrın 15-də Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhadətə qovuşub.

300 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S