Super User
Xeyirli axşamlar 27.02.2024
Eşitməyən qalmasın 29.02.2024
Səhər dəmi 29.02.2024
"5 gün" Mikayıl ilə 28.02.2024
Yaxşı deyək, yaxşı eşidək 28.02.2024
Türkan Vəlizadə Pərvin Abıyeva ilə üz-üzə | Xəbərin var? 28.02.2024
Türkan Vəlizadə: Mənlə gündəmə gəlmək istəyirsiz? Özünüzü yığışdırın! | Xəbərin var? 28.02.2024
Pervin Abıyevanın "YENİ VİLLASI" | Xəbərin var? 28.02.2024
Pərvin Abıyeva: Şıltaq idim, uzadılan hər əli tuturdum | Xəbərin var? 28.02.2024
Şəki məktəblisi BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv seçilib...
2024-2025-ci illər üçün BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına Azərbaycandan üzv seçilən 17 parlaq gəncdən biri Şəki şəhər Kimya-Biologiya Təmayüllü Liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadədir. O, üzvlük müddətində BMT tərəfindən regional və qlobal səviyyədə təşkil edilən görüş və tədbirlərdə iştirak edəcək. Məşvərət şurasının üzvü kimi BMT-nin Azərbaycan gəncləri ilə əməkdaşlığı, dialoqu, tərəfdaşlığının genişləndirilməsi istiqamətində məsləhətlər verəcək.
Dəniz Məmmədzadə indiyədək bir çox respublika və beynəlxalq fənn olimpiadalarının iştirakçısı olub və müxtəlif medallar əldə edib. Həmçinin "Sabahın alimləri" layihəsinin 2023- və 2024-cü illlərdə finalisti, "Fibonaçi", "Kim,nə,harda,nə zaman?" intellektual yarışlarının da qalibidir. Dəniz qazandığı uğurların sirrini əzmli, intizamlı olmaqda görür.
Nüfuzlu universitetlərdən dəvət alan Dənizin arzusu isə Harvard universitetində biomedikal mühəndislik ixtisasına yiyələnməklə insanlığa faydalı olmaqdır. Biz də ona bu yolda uğur arzu edirik.