Super User
Müğənni Aytac Vidadiqızı və Sevda Sanaliyeva "Xəbərin var?"da 06.03.2024
“Daşa can verib, “Küləklə sovrulan””
Şəhid heykəltaraş Samir Kaçayevin xatirəsinə həsr edilmiş yaradıcılıq sərgisi keçirilib. Əvvəlcə şəhidin Çuxuryurd kəndində yerləşən məzarı ziyarət olunub,xatirəsi ehtiramla anılıb. “Daşa can verib, “Küləklə sovrulan”” adlı yaradıcılıq sərgisi Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı Yaradıcılıq Mərkəzində baş tutub.
Şəhidin ailə üzvləri, rayon rəsmiləri və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri və ictimaiyyət nümayəndələri sərgidə iştirak ediblər.Tədbirdə iştirak edənlər Samir Kaçayevin həyat və yaradıcılığından, onun yüksək vətənpərvərliyindən söz açıblar. Torpaq uğrunda şəhid olmağın ən ali, uca zirvə olduğu vurğulanaraq şəhidlərin daim elin yaddaşında xatırlanacağı bildirilib.
Qeyd edək ki, Samir Kaçayev 2016-cı ilin aprel ayında torpaqlarımızın azad olunması uğrunda erməni işğalçılarına qarşı Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Samir Kaçayev ölümündən sonra İgidliyə görə” medalı ilə təltif edilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva 2021-ci il noyabrın 1-də Şamaxıya səfər zamanı Samir Kaçayevin “Küləklə sovrulanlar” kompozisiyasının instalyasiyasına baxış keçirib, şəhidin ailəsi ilə görüşüblər
Gavalı qurusuna zərərli maddələr vurulur? | Elə çarə 06.03.2024
Səhər dəmi 06.03.2024
Xanım təhsil işçiləri təbrik edildi...
Şəki Zaqatala Regional Təhsil idarəsi və Təhsil işçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə şəhid anaları, Şəki-Zaqatala regionunun təhsil müəssisələrində fəaliyyət göstərən əməkdar müəllimlər, qabaqcıl təhsil işçiləri iştirak ediblər.
Çıxış edənlər təhsilin inkişafında gələcək nəslin təhsilində və tərbiyə edilməsində, vətənə layiqli vətəndaş kimi yetişməsində anaların, müəllimələrin rolundan danışıblar. Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərin analarına minnətdarlıq bildirilib. 8 mart beynəlxalq qadınlar günü təbrik edilib, xanımlara, analara hədiyyələr təqdim edilib. Bədii hissədə uşaq yaradıcılıq mərkəzinin, ümum təhsil məktəblərinin və musiqi məktəblərinin şagirdlərinin ifasında müxtəlif şeir, mahnı və rəqs nömrələri ifa edilib.
Stomatoloq Abdurrəhman İsmayılov "Həkimcanlı"da 05.03.2024
Yaxşı deyək, yaxşı eşidək 05.03.2024
Muğənni Nüşabə Musayeva, Pünhan Piriyev və Asif Məhərrəmov ""5 gün" Mikayıl ilə"də 05.03.2024
Yeniyetmədən hədə-qorxu ilə pul tələb edən şəxslər tutuldu...
İsmayıllıda polisə müraciət edən yetkinlik yaşına çatmayan şəxsin valideynləri 2 nəfərin övladlarının mobil telefonunu sosial şəbəkəyə daxil olmaq adı ilə aldıqlarını və geri qaytarmaq qarşılığında pul tələb etdiklərini bildiriblər.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Lətif Məhəmmədəli və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi anıldı...
Qırx dörd günlük müharibədə canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Oğuz rayonunun Xaçmaz kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlidir.
Şəhidin doğum günündə xatirəsi anılıb. Xatirə tədbirində şəhidin doğmaları ilə yanaşı rayon rəsmiləri, təhsil ictimaiyyəti iştirak edib. Çıxış edənlər şəhidin həyatı və şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan, torpağa, milli-mənəvi dəyərlərə bağlılığından danışıb.
Vətən uğrunda canlarından keçən qəhrəmanların daim qəlblərdə yaşadıqları vurğulanıb. Xatirə tədbirində şəhid Nail İbrahimliyə həsr olunmuş videoçarxlar nümayiş etdirilib, şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Qeyd edək ki, Vətən müharibəsi zamanı Nail İbrahimli Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri kimi Füzuli, Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə şücaət göstərib. O, noyabrın 8-də Şuşa şəhəri istiqamətindəki döyüşdə qəhrəmancasına həlak olub və Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilib.
Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda", “Şuşa, Xocavənd və Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.