Super User

Super User

Çərşənbə axşamı, 12 Mart 2024 15:39

Şamaxıda yel çərşənbəsi qeyd edilir...

Bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, torpağa yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər.

Yel çərşənbəsi Şamaxının Dəmirçi kəndində də özünəməxsus şəkildə qeyd olunur. Baharın gəlişinə sayılı günlər qalsa da kəndin yaxınlığında olan dağlar ağ örpəyə bürünüb, amma havanın sərt, soyuq olması yerli sakinləri bayram abu-havasından kənarda qoya bilməyib. Kənd sakinləri hər il olduğu kimi, bu il də yazın, baharın müjdəçisi olan yel çərşənbəsinin gəlişini qarşılamaq üçün, isti evlərindən çıxıb bayram tonqalı ətrafında toplaşıblar.

Qız-gəlinlərin hazırladıqları şəkərbura, paxlava,səməni halvası, şirin çörəklər, boyanan yumurtalar, cücərdilən səmənilər, şux bayram rəqsləri, aşıqların, folklor qruplarının çıxışları isə çərşənbəyə xüsusi rəng qatıb. Azərbaycan xalqının milli adət-ənənəsinə görə çərsənbələrdə küsülülər barışmalı, qohumlar bir-birini ziyarət etməli, evlərdə bayram süfrəsi açılmalı, yumurta döyüşdürülməlidir.

Novruz çərşənbələrinin dördü qeyd olunsa da, deyimlərə görə, yeddi çərşənbə var. Bunlardan üçü Oğru, dördü isə Doğru çərşənbədir. Oğru çərşənbələr həm də yalançı çərşənbə adlanır. Bir sözlə, xalqımız milli adət-ənənələrini yaşadır, gələcək nəsillərə ötürür. Bu ilki bayram həm də bütöv Azərbaycan torpaqlarında keçirilməsi ilə əlamətdardı. Beləliklə, Sudan, Oddan, Yeldən keçib axır çərşənbənin - Torpaq çərşənbəsinin astanasına yetişdik. Sularımız axsın, ocağımız yansın, küləyimiz əssin, torpağımız dirçəlsin. Çərşənbələr hamımıza uğur, bərəkət gətirsin!

Çərşənbə axşamı, 12 Mart 2024 14:47

Şəkili idmançılardan daha bir uğur...

Martın 7-9-da Bakıda MMA, Pankration və Grappling idman növləri üzrə respublika turniri keçirilib. Yarışmaya Şəkidən ümumilikdə 11 idmançı qatılıb. Gərgin keçən mübarizənin nəticəsində şəkili idmançılar ikisi qızıl, biri bürünc olmaqla 3 medal əldə ediblər.

Çərşənbə axşamı, 12 Mart 2024 09:07

Səhər dəmi 12.03.2024

Bazar ertəsi, 11 Mart 2024 15:49

Elan və reklamlarla şəhəri "bəzəyənlər"

Binaların fasadı, dayanacaqlar və ya dirəklərin üzəri reklam lövhələrinə çevrilib. Vətəndaşlar, xırda sahibkarlar öz elan və reklamlarını təşkil etmək üçün bu cür asan yola əla atır. Ancaq bu vəziyyət şəhərin estetik görünüşünə xələl gətirir. Kağız şəklində yapışdırılan elanlar daha sonra cırılır və qoyduğu iz xoş olmayan mənzərə yaradır. Əslində elan və ya reklam yerləşdirmək üçün xüsusi yerlər ayrılır və bu yerlərdə reklam yerləşdirmək istəyən şəxslər müəyyən ödəniş etməlidir. Bu cür hallara qarşı isə inzibati xətalar məcəlləsinə əsasən cərimələr tətbiq olunur. Ekspertlər isə problemin həlli yolunu insanların öz elanlarını ödənişsiz yapışdırması üçün xüsusi lövhələrin olmasında görür. Problemin aradan qaldırılması istiqamətində Şəkidə hansı işlərin aparıldığına gəlincə, təəssüf ki, qurumlar bir-birinin üzərinə atdığından nəzarəti kimin həyata keçirdiyini aydınlaşdıra bilmədik.

287 -dən səhifə 615

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S