Super User
(Xızı) Altıağacda Vüqar Dağlı ilə "Kim var, Kim yox?" 20.02.2024
Saxta quru çayları necə ayırd edək? | Elə çarə 20.02.2024
Qastroenteroloq İlqar Alışov - Qəbizlik, bağırsaq sallanması və müalicəsi Həkimcanlı 19.02.2024
Şəhid Nicat İmamverdiyevin xatirə lövhəsi qoyuldu...
Şəki şəhər 1 nömrəli orta məktəbdə şəhid Nicat İmamverdiyevin cənnətdəki 22-ci ad günündə xatirə lövhəsinin açılışı olub. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, qazilər, şəhər ictimaiyyəti və məktəb kollektivi iştirak edib. Çıxış edənlər şəhidlə bağlı xatirələrini bölüşüblər, döyüş yolundan danışıblar. Qeyd olunub ki, Nicat İmamverdiyev 2020-ci il oktyabrın 21-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" "Cəsur döyüşçü" "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Tədbirin bədii hissəsində şagirdlər vətənpərvər ruhda şeirlər səsləndiriblər. Açılışdan sonra tədbir iştirakçıları şəhid Nicat İmamveridyevin əziz xatirəsini anmaq üçün şəhidlər xiyabınında məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Zərərli informasiyaların həyatımıza təsiri | Zamaninda 19.02.2024
Avtovağzalda sərnişin qıtlığı...
Bölgənin ən geniş və müasir avtovağzallarından sayılan Zaqatala Beynəlxalq avtovağzalında bir müddətdir ki, sakitlik hökm sürür. Əvvəllər insan sıxlığı yaşanan bu məkanda indi tək-tük sərnişinlər və böyük ümidlə sərnişin gözləyən sürücülər gözə dəyir. Pandemiyadan sonra artıq neçə ildir ki, sərnişin azlığından Bakı şəhərinə və digər istiqamətdə hərəkət edən nəqliyyat vasitələri qrafikə uyğun işləyə bilmir. Gün ərzində iki,üç bəzənsə bütün reyslər birləşdirilərək Bakıya tək bir avtobus çıxa bilir. O da yarı boş şəkildə. Sərnişin azlığı səbəbindən avtobusların qrafikə uyğun hərəkətində də sürüşmələr yaşanır ki, bu da bilet alan sərnişinlərin haqlı narazılığına səbəb olur. Eyni problem Bakı istiqaməti ilə yanaşı, digər istiqamətlərə hərəkət edən nəqliyyat vasitələrində də hökm sürür. Sərnişin üzünə həsrət qalan sürücülər isə, qanunsuz sərnişindaşımanın qarşısının alınacağı günü səbirsizliklə gözləyirlər. Qeyri-qanuni sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrindən fərqli olaraq, qanuni sərnişin daşınmanı həyata keçirən müəsisədə yalnız təcrübəli sürücülər və standartlara uyğun nəqliyyat vasitələri var. Paytaxta və rayonlar istiqamətində hərəkət edən avtobuslara biletlərin onlayn şatışının həyata keçirilməsi Zaqatalalı sərnişinlərin də işini xeyli asanlaşdırıb. Artıq hansısa ucqar bir ərazidə yaşayan sakin heç bir çətinlik çəkmədən onlayn şəkildə biletini ala bilir. Ancaq bu belə sərnişinlərin sayının artmasına kömək etməyib. Qeyd edək ki, bölgənin ən geniş və müasir avtovağzallarından sayılan avtovağzalda sərnişinlərə beynəlxalq standartlara uyğun xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.