Super User
Şahmat yarışının qalibləri müəyyənləşdi...
Şəki şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə şahmat həvəskarı Elvin Məmmədovun xatirəsinə həsr olunan xatirə şahmat turnirinin bağlanış mərasimi keçirilib.
Tədbirdə gçıxış edənlər Azərbaycanda idmana və xüsusilə də şahmata yaradılan şəraitdən danışıblar. Bildirilib ki, turnirin hər il keçirilməsi və zamanla miqyasının genişləndirilməsi nəzərdə tutulur. Rəsmi hissədən sonra fəxri yerlərə layiq görülən hər yaş qrupu üzrə oğlan və qızlar olmaqla ən çox xal toplayan 3 nəfər, ümumilikdə isə 35 gənc kubok, diplom, medal və pul mükafatları ilə təltif edilib. Həmçinin 4 nəfər gənc və 1 məşqçi müəllim Moskvaya səyahət əldə edib. Bundan əlavə, təşkilati dəstək göstərən idarə və qurumlara xatirə diplom və kuboklar verilib.
Dibçəklərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb...
İsmayıllı polisi narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Əflatun Mirzəyevi saxlayıb. Onun yaşadığı ünvana baxış keçirilərkən dibçəklərdə əkib-becərdiyi 57 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri 1 ay əvvəl əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Eşitməyən qalmasın 04.04.2024
Səhər dəmi 04.04.2024
Azərbaycanın əməkdar müəllimi, xanəndə Qəzənfər Abbasovla | Xəyalə ilə "Sizdəyik" 24.03.2024
Xeyirli axşamlar 02.04.2024
Yaxşı deyək, yaxşı eşidək 03.04.2024
Magistral yolun təmirə ehtiyacı var...
M5 Yevlax-Zaqatala Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Şəki-Zaqatala hissəsi uzun illərdir ki, təmirsiz vəziyyətdədir. Bu yol əsas magistral yol olmaqla yanaşı, həm də bir qəsəbə və 10- dan çox kəndin rayon mərkəzi ilə əlaqəsini təmin edir. Hər gün yüzlərlə nəqliyyat vasitəsinin istifadə etdiyi yolun təmirsiz olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, avtomobillərin ehtiyyat hissələrini də sıradan çıxarır.
Son bir neçə ildə magistralın müəyyən hissələrində təmir işləri həyata keçirilib. Yolun 40 km uzunluğa malik Zaqatala-Balakən Mazımçay hissəsi 2019-cu ildə, 46 km uzunluğu olan Xaldan-Şəki hissəsi isə 2021-ci ildə əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Yolun Şəki-Zaqatala hissəsinin yenidən qurulmasına gəlincə... Beləliklə, sürücülərə bir qədər də səbr etmək qalır. Təki bu gələcək deyildiyi kimi yaxın olsun.
Şəhid Elnur İskəndərovun xatirəsi anılıb...
2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elnur İskəndərovun xatirəsi anılıb. Təhsil aldığı Şəki şəhər 11 nömrəli tam orta məktəbdə şəhidin xatirəsinə həsr olunmuş lövhənin açılışı olub. Açılış tədbirində şəhər rəsmiləri, şəhid ailələri, müharibə iştirakçıları, şəhidin yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Çıxış edənlər Elnur İskəndərovun həyat və döyüş yolundan, 2016-cı il Aprel döyüşlərinin əhəmiyyətindən danışıblar. Daha sonra tədbir məktəblilərin vətənpərlik ruhunda hazırladağı şeir və ifalarla davam edib. Sonda şəhidin xatirə lövhəsinin açılışı baş tutub.