Super User
Qanla yazılmış tarix - Şamaxı soyqırımı!
Qədim Azərbaycan şəhəri Şamaxı 1918-ci ilin martında erməni-daşnak qüvvələrinin dəhşətli talan və vəhşiliklərinə məruz qalmışdır. Fövqəladə Təhqiqat Komissiyanın üzvləri tərəfindən Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı.Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ birinci dünya müharibəsi başlandığı vaxtlardan özünü büruzə verməyə başlamışdır. Azərbaycanlılara qarşı onlar özlərini çox təkkəbbürlü aparır, onların milli və dini heysiyyətlərini açıqca təhqir edirdilər.Şamaxıda çar hakimiyyət orqanlarının ləğvindən sonra ermənilər gizli surətdə silah anbarını ələ keçirib bu haqda qəza komissiarına və yerli müsəlman Milli Şurasına məlumat vermədilər. Onlar ermənilərdən və molokanlardan ibarət hərbi qarnizon təşkil edərək oraya müsəlmanları buraxmırdılar. Azərbaycanlılar qarnizona girməyə nail olduqda isə erməni əsgərləri onlara qarşı düşmənçilik edir, onları təhqir edir və incidirdilər. 1918-ci il martın 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı sakinləri top atəşlərinin səsinə oyandılar və şəhərin cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən mühasirəyə alındığını gördülər. Şəhərin azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tutdular. Bu hücum müsəlmanlar üçün tam gözlənilməz oldu. Ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağılasığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirdilər. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyitləri atılıb qalmışdı. Onların döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla işgəncələrə məruz qalmışdı. Küçələrdə diri-diri pazlara mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarət və talan edilmiş əmlakları araba və furqonlarla erməni və molokan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam etdi. Erməni silahlı birləşmələri martın 18-də sübh çağı Şamaxı şəhəri ilə yanaşı, onun 3-4 verstliyində yerləşən Əngəxaran kəndində də qəfil hücum etdilər.
Qaxda ev yandı..
Qaxın Üzeyir Hacıbəyov küçəsində Firdovsi Orucova məxsus yaşayış evində yanğın olub. Hadisə yerinə Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində ümumi sahəsi 63 kvadratmetr olan birmərtəbəli 2 otaq və eyvandan ibarət olan evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
Mətanət Əsədova: Allah daha mənə bacı-qardaş dağı çəkdirməsin | Həftənin qonağı 30.03.2024
Müğənni Mətanət Əsədova efirdə sevgilisindən danışdı... Övlad istəyirəm | Həftənin qonağı
Müğənni Qumral Musayevanın yol qəzası | Yollar bizi ayırmasın 30.03.2024
Yusif Mustafayev, Şəmsəddin İbrahimov və Yusif Səfərov "Xeyirli axşamlar"da 29.03.2024
Müğənni Tacir Şahmalıoğlu, Şahmalı Taciroğlu və Zenfira İbrahimova "5 gün" Mikayıl ilə"də 29.03.2024
Yaxşı deyək, yaxşı eşidək 29.03.2024
Əbdül Xalid və Mübariz Camaloğlu maraqlı açıqlamaları ilə "Xəbərin var?"da 29.03.2024
31 Mart Azərbaycanlıların Soyqırımı Günü
Şamaxıda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub. Anım tədbirində rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri soyqırım abidəsini ziyarət edib abidə önünə gül dəstələri düzülüb. Xatırladaq ki, erməni-daşnak qüvvələrinin 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçülərinə görə Şamaxı qırğınları xüsusi yer tutur. Belə ki, erməni qəsbkarlarının Şamaxıya hücumu nəticəsində 58 kənddə 8 027 nəfər dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib. Şamaxı şəhərində 13 məscid, o cümlədən Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi yandırılıb.