Super User
Mehriban Qənbərova və Anar Yusub "Xəbərin var?"da 10.06.2024
Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri...
Şəki şəhərində Təhsil İnstitutunun təşkilatçılığı ilə “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinə bağlı ümumtəhsil müəssisələrində işləyən müəllimlərlə görüşlər keçirilib.
2 gün davam edəcək tədbirdə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, təbiət və həyat bilgisi fənlərini tədris edən 700-dən artıq müəllim müxtəlif fənlər üzrə təşkil olunmuş sessiyalarda iştirak edir.
Tədbirin əsas məqsədi təhsilverənləri təkmilləşdirilmiş fənn kurikulum sənədləri ilə tanış etmək və təkmilləşdirilmələrdə nəzərə alınmış əsas məqamlar ilə bağlı qarşılıqlı müzakirələr aparmaq olub. Tədbir iştirakçıları təkmilləşdirilmiş fənn kurikulumları haqqında öz rəylərini bildirib və bu istiqamətdə aktiv müzakirələr aparılıb.
Xəyalə ilə "Sizdəyik" bu dəfə Aşıq Şahin Qazaxlının qonağıdır 09.06.2024
Məclisi-Şüəra 11.06.2024
Suqra Qaffarova ilə Ötənlər 2-ci hissə 09.06.2024
Suqra Qaffarova ilə Ötənlər 08.06.2024
İlqar Sahil, El Şahin və Fərid Ağayev ""5 gün" Mikayıl ilə"də 31.05.2024
Səhər dəmi 10.06.2024
Güclü yağış fəsadlar törətdi...
“Vətən məcnunları” kitabının təqdimatı olub...
Şəkidə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə həsr olunan “Vətən məcnunları”nın ikinci kitabının təqdimatı keçirilib. Şəki Tibb kollecinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələri, tibb kollecinin tələbələri və şəhər ictimaiyyəti iştirak edib.
Şəhidlərimizin əziz xatirəsi yad edilib. Ardınca Vətən müharibəsinə həsr olunan videoçarx izlənilib. Çıxış edənlər bildirib ki, Azərbaycan Yazıçılar birliyinin üzvü Şəfa Vəlinin redaktorluğu ilə nəşr olunan “Vətən məcnunları” kitabı 90-cı illərdə ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçən qəhrəmanlara həsr olunub.
Qeyd olunub ki, kollecin gənc tələbələrinin qələmə aldığı kitab vətən aşiqləri olan qəhrəman oğulların şücaəti, rəşadəti, vətənpərvərliyinə, yazdıqları tarixə şahidlik edir, onları bizə daha yaxından tanıdır. Rəsmi hissədən sonra şəhid ailələrinə kitab və fəxri fərmanlar təqdim edilib.