Super User
Baş Göynük kənd sakini Mövlüd Hüseynəliyev ilə Ötənlər 22.06.2024
İlqar Sahil, Ceyhun Bakinskiy və Natiq Ələkbərli ""5 gün" Mikayıl ilə"də 21.06.2024
Kəmalə Nəsibova: İstəyərəm oğlum gözəl qızla evlənsin | Xəbərin var? 21.06.2024
Taxıl sahələrində biçin prosesi...
Ölkənin hər yerində olduğu kimi ən böyük taxılçılıq rayonlarından Şəkidə taxıl biçininə start verilib. Şəki rayonunda bu il 58 min hektardan artıq sahədə taxıl əkilib ki, onun da 24 min hektarı buğda sahəsidir.
Bu sahələrin yalnız 16 704 hektarı şərti suvarılan torpaqlar, qalanı isə dəmyə torpaqlardır və yalnız yağış suyu ilə qidalanır. Bir neçə ildir, quraqlıqdan əziyyət çəkən şəkili fermerlərin indi üzü gülür.
Taxıl sahələrinin texnika ilə təminatına gəlincə isə DAİM-dən hazırda sahələrdə 119 kombaynın işlədiyi, həmçinin digər rayonlardan da kombaynların dislokasiya olunmağa davam etdiyi bildirildi.
Qeyd edək ki, DAİM-in mütəxəssiləri bu il Şəki rayonunda 150 min tondan çox taxıl istehsal olunacağını proqnozlaşdırır.
Müəllimlərin sertifikasiya prosesi...
Müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə başlanılıb. Bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili, rus ədəbiyyatı, alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur. 21-24 iyun tarixlərində keçiriləcək imtahanlar ölkənin 13 müxtəlif şəhəri üzrə 23 mərkəzdə təşkil olunub.
Şəki-Zaqatala regional təhsil idarəsinin tabeliyində olan məktəblərin 1820 təhsil verəni sertikatlaşdırma imtahanlarına cəlb olunublar. Mil-Muğan regionu üzrə isə 440-a yaxın müəllim imtahanda iştirak edib.
Təhsildə keyfiyyətin artırılmasını nəzərdə tutan sertifikasiyanı müəllimlər üçün cəlbedici edən həm də göstərdikləri nəticəyə uyğun əməkhaqqlarına ediləcək əlavələrdir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçə biləcəklər. Həmin müəlilimlərin vəzifə maaşlarına 10 faiz, 50 baldan yuxarı nəticə göstərənlərin isə əməkhaqqına 35% əlavələr ediləcək.