Super User

Super User

Çərşənbə axşamı, 26 Mart 2024 09:29

Səhər dəmi 26.03.2024

Çərşənbə axşamı, 26 Mart 2024 07:57

Qəbələdə ağacəkmə aksiyası keçirilib...

Qəbələdə Beynəlxalq Meşələr günü münasibətilə ağacəkmə aksiyası keçirilib. 15 saylı Regional Meşə Təsərrüfatı mərkəzinin Seyidqişlaq kəndində təşkil etdiyi aksiyaya şəhid ailələri, qazilər və kənd sakinləri də qoşulub. Ümumilikdə 1 ha ərazidə 3300 ədəd qoz tingi əkilib. Aksiyanın keçirilməsində məqsəd yeni yaşıllıq zolağının salınması və ekoloji tarazlığın qorunmasıdır.

Çərşənbə axşamı, 26 Mart 2024 07:38

Yaslarda yemək qadağası...

Əgər bir yaxının rəhmətə getdisə, onun kədəri, dəfn mərasimi qalır bir tərəfdə, başlayırsan bir toyun bazarlığını etməyə. Çünki baş sağlığı üçün gələnlərə ən pis halda dovğa, bozbaş, plov verməlisən. Əgər maddi imkanı yaxşı deyilsə, borc alıb, hətta kredit götürüb yas verənlər də az deyil. Necə deyərlər, "qəşəng" ehsan verməsə, adam içinə çıxmağa xəcalət çəkəcək. Bu kimi problemlərdən təngə gələn Şəki rayonunun Şirinbulaq kənd camaatı ümumi bir qərar verib ki, bundan sonra yas mərasimlərində yemək verilməsin. Yaxınını itirmiş şəxslərin "ehsan" süfrələri açmaqda yarışması, israfçılıq və ifratçılıq etməsi İslam ədəb-ərkanına ziddir. Şəkinin Kiçik Dəhnə, Kiş və Oxud kəndlərində artıq yaslarda yemək verilməsi adəti tədricən aradan qaldırılır. Şübhəsiz ki, oturuşmuş ənənələrin asanlıqla ləğv edilməsi çətindir. Problemdən xilas olmağın mükəmməl yolusa maarifləndirmə, yas məclislərini idarə edən din xadimlərinin öz vəzifələrini və məsuliyyətlərini dürüst anlamalarıdır.

Şəkinin Çələbi Xan qəsəbəsində şəhid leytenant Ətraf Qənimətovun ad günündə xatirəsi kompleksinin açılışı olub. Açılışda rayon rəsmiləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak ediblər. Çıxış edənlər bildirib ki, xatirə abidəsinin yerləşdiyi küçəyə şəhid leytenant Ətraf Qənimətovun adı verilib. Tədbirdə 44 günlük Vətən müharibəsi zamanı Ətraf Qənimətovun göstərdiyi şücaətlərdən bəhs edilib. Vurğulanıb ki, Ətraf Qənimətov oktybarın 13-ü Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

263 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S