Super User

Super User

Çərşənbə, 27 Mart 2024 11:25

Səhər dəmi 27.03.2024

Çərşənbə, 27 Mart 2024 08:48

Məclisi-Şüəra 26.03.2024

Çərşənbə axşamı, 26 Mart 2024 15:50

Manaf Ağayev & Arzu Qarabağlı - Popuri | Canlı ifa

Çərşənbə axşamı, 26 Mart 2024 15:15

Yaxşı deyək, yaxşı eşidək 26.03.2024

Çərşənbə axşamı, 26 Mart 2024 12:21

Tətilin son günü avtovağzallarda sıxlıq...

Bayram tətilinin son günlərində ən çox sıxlıq müşahidə olunan məkanlardan biri də avtovağzallardır. Adi günlərdə adətən sakitliyin hökm sürdüyü Zaqatala Beynəlxalq avtovağzalında da bir neçə gündür ki, canlanma yaşanır. Novruz bayramı ilə əlaqədar 1 həftəlik tətildə rayona üz tutanlar, indi də geri qayıdırlar.

Əsasən Bakı- Zaqatala istiqamətində sərnişin çoxluğu müşahidə olunsa da, Gəncə, Şəki və digər şəhərlərə də gedənlərin sayında artım var. Sərnişinlərin mənzil başına rahat çatmaları üçün Zaqatala-Bakı marşurutu üzrə xəttə əlavə avtobuslar buraxılıb.

Çərşənbə axşamı, 26 Mart 2024 12:03

Hər yağışda keçilməz hala düşən küçə...

Bura hansısa ucqar kəndin ərazisi deyil, Şəkinin Mübariz İbrahimov küçəsidir. 20-yə yaxın ailənin yaşadığı küçə asfalt üzü görməyib. Bu azmış kimi su-kanalizasiya xəttinin çəkilişi zamanı qazılan yol biraz da yararsız hala düşüb. Sakinllər deyir ki, günü-gündən çökən yol yağış yağdıqda tamamilə keçilməz olur.

Sakinlər deyir ki, yolda maşınlar belə hərəkət etməkdə çətinlik çəkir. Dərsə gedən məktəblilər, işə gedən sakinlərsə küçədən geyimləri təmiz şəkildə keçə bilmirlər. Şəki Şəhər İcra Hakimiyyətindən isə məsələ barədə bildirildi ki, həmin əraziyə baxış keçirilib, müvafiq ölçmə işləri aparılıb, lahiyə-smeta sənədlərinin hazırlanmasına başlanılıb. Vəsait ayrılacağı təqdirdə küçədə asfalt örtüyünün çəkilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, oxşar vəziyyət Şəkinin əksər daxili küçələrində hökm sürür. Ümid edirik ki, tezliklə vəsait ayrılar və problemin həll istiqamətində işlərə başlanar.

262 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S