Super User
Lənkəran sakini 10 kiloqram narkotiklə saxlanıldı...
Balakən polisi qeyri-leqal yollarla göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alıb. Lənkəran şəhər sakini İslam Məmmədov saxlanılıb və ondan 10 kiloqram marixuana, 150 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxs İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduğunu bildirib.
Əvvəllər də dəfələrlə narkotikə görə məhkum olunan İslam Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Son 1 ay ərzində isə Balakəndə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Sahibsiz itlər fərdi təsərrüfata hücum etdi, heyvanları parçaladı...
Şəkidə sahibsiz itlər heyvanlara hücum edib. Hadisə Qayabaşı kəndində baş verib. Quduzlaşmış itlər Validə Məsimovaya məxsus təsərrüfata girərək 4 baş xırdabuynuzlu heyvanı parçalayıb. Nəticədə kənd sakininə xeyli ziyan dəyib. Təsərrüfat sahibi bildirib ki, kənddə son vaxtlar sahibsiz itlərin sayı artıb.