Super User
Şəki Regional Elmi Mərkəzinin hesabat xarakterli elmi-praktik konfransı keçirilib...
Heydər Əliyev Mərkəzində Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Elm günü”-nə həsr olunan hesabat xarakterli elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan elminə lazımi şəraitin yaradılmasında ulu öndərin əvəzsiz xidmətləri xüsusilə vurğulanıb. Bildirilib ki, konfransın əsas məqsədi elmi tədqiqatlarda son nailiyyətləri öyrənmək, müzakirə etmək və əməkdaşlıq əlaqələrini genişləndirməkdir.
Çıxış edənlər Elmi mərkəzin elmi-tədqiqat şöbələrində Şimal-qərb bölgəsi üzrə elmi tədqiqat işləri, alınan ən mühüm elmi nəticələr haqqında ətraflı məlumatlar veriblər. Rəsmi hissədən sonra “COP-29 meqalayihəsi: iqlim dəyişikliyi qlobal ekoloji problem kimi”, “Şəkidə ekoturizm potensialı”, İpəkçiliyin regionun iqtisadiyyatında rolu və təsiri”, "Azərbaycanın şimal-qərb regionu folklorunda simvollar” və digər mövzularda məruzələr dinlənilib.
Səhər dəmi 28.03.2024
Eşitməyən qalmasın 28.03.2024
Nərmin Kərimbəyova: Mən özümlə səhnəyə yenilik gətirdim! Rəqsimi və.. "Xəbərin var?"27.03.2024
Müğənni Ceyhun Əliyev və Nərmin Kərimbəyova "Xeyirli axşamlar"da 26.03.2024
Nərmin Kərimbəyova: Səhhətim yaxşı deyil, müalicə alıram | Xəbərin Var?
Yaxşı deyək, yaxşı eşidək 27.03.2024
Rəşad Vidadioğlu, Cahangir Əliyev və Gülnar Zeynalova ""5 gün" Mikayıl ilə"də 27.03.2024
Səndən təsəlli bir zabit mundiri, bir cüt ulduzlu, aylı poqonlar...
Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Leytenant Sərxan Ömərovdur. 1999-cu ilə Zaqatalanın Yuxarı Tala kəndində anadan olan Sərxan uşaqlıqdan ailəsinə, doğmalarına qarşı qayğısı, idmana, hərbi sahəyə marağı ilə seçilirdi.
2014-cü ildə C. Naxçıvanski adına Hərbi liseyə daxil olan Sərxan 2017-ci ildə təhsil ocağını yaxşı qiymətlərlə bitirir. Ardınca Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alır. Vətən Müharibəsi başlayan zaman sonuncu kursda oxuduğuna görə, kiçik leytenant rütbəsi verilməklə birbaşa cəbhəyə göndərilən Sərxan igidliyi, qorxmazlığı ilə döyüş yoldaşları arasında ad-san qazanır. Göstərdiyi şücaətlərə görə o, “ Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunur.
Məzun olduqdan sonra XTQ-də xidmət göstərən Sərxan Ömərov tağım komandirinin müavini vəzifəsinə təyin olunur və Şəhid olanadək bu vəzifədə xidmət edir. Leytenant Sərxan Ömərov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyi müddət ərzində nizam-intizamlı, bacarıqlı, işgüzar və vəzifəsinin öhdəsindən gələn zabit kimi yaddaşlarda qalıb.
Özünə qarşı tələbkar, intellektual səviyyəsi yüksək bir zabit olan Sərxan Ömərov peşəkarlığını, bilik səviyyəsini artırmaq üçün daim çalışırdı. Elə, hərbi tapşırıqların düzgün və vaxtında yerinə yetirilməsində də bu əzmkarlığı Sərxana kömək oldu. Ancaq təəssüf ki, mənfur düşmənin təxribatının qarşısını alarkən, 23 yaşlı cəsur el oğlu da qəhrəmancasına şəhid olur. Oğluna nişan hazırlığı edən ailənin bu arzusu ürəklərində qalır. İki bacının yeganə qardaşı olan Sərxanı bu gün əzizləri qürurla xatırlayır.
Şəhidin yaşadığı küçədə xatirə bulağının açılışı olub. Ailə üzvləri, yaxınları, kənd sakinləri ilə yanaşı, rayon rəhbərliyinin, ziyalıların da qatıldığı açılışda Sərxan Ömərovun keçdiyi qısa,lakin şərəfli ömür yolundan danışılıb. Vətən sevgisini bütün sevgilərdən üstün tutan Sərxan Ömərov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni və “ Vətən uğrunda” medalı ilə təltif olunub.