Super User
Minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alan var...
Zaqatalada minik avtomobili iritonnajlı yük maşın ilə toqquşub, xəsarət alan var. Hadisə səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun Yeni Suvagil kənd inzibati ərazisindən keçən hissəsində baş verib. 63 yaşlı Zaqatala şəhər sakini Qasım Rəcəb oğlu İsgəndərov idarə etdiyi Chevrolet markalı minik avtomobiuli ilə hərəkətdə olarkən qarşı tərəfdən edən Araz İsayevin idarə etdiyi iritonnajlı yük maşını ilə toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü Qasım İsgəndərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Minik avtomobili yük maşın ilə toqquşub, xəsarət alan var
Müğənni Elnarə Xəlilova, İlqar Xəyal və Ayaz Mənsur "Xeyirli axşamlar"da 01.04.2024
Oxud kəndinin yol problemi!
Söhbət 5500 əhalisi olan Şəkinin Oxud kəndinin yollarından gedir. İndiyədək bir dəfə də olsun əsaslı təmir görməyən, asfalt örtüyü salınmayan bu yolun bir hissəsi bir neçə dəfə sakinlərin şəxsi vəsaiti hesabına çınqıllanıb. Amma bu tədbirlər də get-gedə dağılmaqda olan yolu salamat saxlamağa kifayət etməyib.
Yaxşı deyək, yaxşı eşidək 02.04.2024
Səbuhi Hüseynovun xatirəsi doğum günündə anılıb...
Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Səbuhi Hüseynovun xatirəsi doğum günündə anılıb. Xaçmaz rayonunda anadan olan və Şamaxıda dəfn edilən Səbuhi Hüseynovun məzarı başına toplaşanlar qəbri üstünə tər qərənfillər düzüb, ruhuna dualar oxuyublar.
Müğənni Luna, Ajlan və Tərlan Novxanı ""5 gün" Mikayıl ilə"də 02.04.2024
Xalq artisti Naibə Allahverdiyeva və müğənni Zeyno "Xəbərin var?"da 02.04.2024
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ümumrayon iməciliyi...
Qəbələdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun bütün küçələri əhatə olunmaqla genişmiqyaslı iməclik keçirilib. Ümumrayon iməciliyində Rayon İcra Hakimiyyətinin, idarə və müəssisələrin əməkdaşları, rayon könüllüləri iştirak edib.
İməcilik zamanı ərazilər ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib, magistral yollar, park və xiyabanlar abadlaşdırılıb, yaşıllıqlara qulluq göstərilib, qurumuş ağaclar və gül kolları yenisi ilə əvəz edilib. Ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə bu cür tədbirlər davam etdiriləcək.