Super User
Məclisi-Şüəra 02.04.2024
Səhər dəmi 02.04.2024
Bal alarkən aldanmayın: Təbii balı tanımağın üsulu | Elə çarə 02.04.2024
Müğənni Aytac Vidadiqızı, Sevda Əliqızı və aktiyor Cavid Telman "Xeyirli axşamlar"da 29.03.2024
Yaxşı deyək, yaxşı eşidək 01.04.2024
Müğənni Gülnar Qüdrətli, Emil Məmmədov və Tural Salmanov ""5 gün" Mikayıl ilə"də 01.04.2024
Şamaxıda sahibsiz itlər üçün sığınacaq yaradılıb...
Ölkənin bir çox ərazilərində olduğu kimi Şamaxının da mərkəzində sürü halında gəzən itlər sakinlər üçün qorxu və təhlükə mənbəyinə çevrilib. Problemin aradan qaldırılması üçün aidiyyatı qurumlar hərəkətə keçib. Şəhərin kənarında sığınacaq yaradılıb və sahibsiz küçə itləri toplanaraq həmin sığınacağa yerləşdirilir.
Son vaxtlar itlərin hücumuna məruz qalanlar hədsiz çoxaldığından bu xəbər Şamaxı sakinlərinin sevincinə səbəb olub. Sahibsiz itlərin əlindən nəinki gecə, gündüz də küçəyə çıxmaqdan ehtiyyat edən sakinlər bu addımı alqışlayır. Hazırda sığınacağı genişləndirmək üçün iş aparılır. Sığınacağın ərazisi böyüdüldükdən sonra şəhərlə yanaşı, kəndlərdə olan sahibsiz itlər də toplanacaq.
Ayan yeni ifasıyla kimlərə "MESAJ" göndərdi? | Xəbərin var? 01.04.2024
Şəhidin portreti ailəsinə hədiyyə edildi...
Şəkili rəssam Rövşən Hüseynov 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərərək əbədiyyətə qovuşmuş şəkili şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq silsilə portretlər üzərində işləyir. Rəssam bu dəfə şəhid mayor Xəyal Məmmədovun mismar və saplardan istifadə edərək portretini yaradıb.
Şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq yaradılan portret xatirə olaraq şəhidin ailəsinə təqdim edilib. Qeyd edək ki, Xəyal Məmmədov oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı snayper gülləsi nəticəsində şəhadətə yüksəlib.
Şəhidin portreti ailəsinə hədiyyə edildi
“Gənc İqlim Elçiləri” adlı konfrans keçirilib...
Qaxda “Gənc İqlim Elçiləri” iki günlük adlı konfrans baş tutub. Tədbirə müvafiq dövlət qurumlarının nümayəndələri, ekologiya sahəsi üzrə maraqlanan tələbələr qatılıb. Çıxışlarda Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsinin çox mühüm əhəmiyyət daşıdığı vurğulanıb, ekologiyanın qorunmasının vacibliyi diqqətə çatdırılıb.
Ardınca “Gənc İqlim Elçiləri” adlı konfrans haqqında təqdimat olub , “Dayanıqlı inkişaf, sağlam dünya və sağlam insanlar üçün gənclərin xidməti”, “Ekologiya və ətraf mühitin mühafizəsi”, “Ekoturizm haqqında”, “COP29” mövzusunda təlimlər keçirilib. Konfransın ikinci günü - rayonun tarixi abidələrinə, görməli yerlərinə səfərlər təşkil edilib, tələbə gənclər “Yaşıl dünya naminə” devizi altında Kürmükçay ərazisində ağacəkmə aksiyasında iştirak ediblər.