Super User
Eşitməyən qalmasın 05.04.2024
Müğənni Ülviyyə Sədaqət, Yusif Səfərov və Rəhman Məmmədli "Xeyirli axşamlar"da 03.04.2024
Yaxşı deyək, yaxşı eşidək 04.04.2024
Təranə qızı Qumral: 17 yaşımdan ailə qurmağım məni əsəbi edib | Xəbərin var? 04.04.2024
Şahmat yarışının qalibləri müəyyənləşdi...
Şəki şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə şahmat həvəskarı Elvin Məmmədovun xatirəsinə həsr olunan xatirə şahmat turnirinin bağlanış mərasimi keçirilib.
Tədbirdə gçıxış edənlər Azərbaycanda idmana və xüsusilə də şahmata yaradılan şəraitdən danışıblar. Bildirilib ki, turnirin hər il keçirilməsi və zamanla miqyasının genişləndirilməsi nəzərdə tutulur. Rəsmi hissədən sonra fəxri yerlərə layiq görülən hər yaş qrupu üzrə oğlan və qızlar olmaqla ən çox xal toplayan 3 nəfər, ümumilikdə isə 35 gənc kubok, diplom, medal və pul mükafatları ilə təltif edilib. Həmçinin 4 nəfər gənc və 1 məşqçi müəllim Moskvaya səyahət əldə edib. Bundan əlavə, təşkilati dəstək göstərən idarə və qurumlara xatirə diplom və kuboklar verilib.
Dibçəklərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb...
İsmayıllı polisi narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Əflatun Mirzəyevi saxlayıb. Onun yaşadığı ünvana baxış keçirilərkən dibçəklərdə əkib-becərdiyi 57 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri 1 ay əvvəl əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.