Super User
Xeyirli axşamlar 02.04.2024
Yaxşı deyək, yaxşı eşidək 03.04.2024
Magistral yolun təmirə ehtiyacı var...
M5 Yevlax-Zaqatala Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Şəki-Zaqatala hissəsi uzun illərdir ki, təmirsiz vəziyyətdədir. Bu yol əsas magistral yol olmaqla yanaşı, həm də bir qəsəbə və 10- dan çox kəndin rayon mərkəzi ilə əlaqəsini təmin edir. Hər gün yüzlərlə nəqliyyat vasitəsinin istifadə etdiyi yolun təmirsiz olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, avtomobillərin ehtiyyat hissələrini də sıradan çıxarır.
Son bir neçə ildə magistralın müəyyən hissələrində təmir işləri həyata keçirilib. Yolun 40 km uzunluğa malik Zaqatala-Balakən Mazımçay hissəsi 2019-cu ildə, 46 km uzunluğu olan Xaldan-Şəki hissəsi isə 2021-ci ildə əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Yolun Şəki-Zaqatala hissəsinin yenidən qurulmasına gəlincə... Beləliklə, sürücülərə bir qədər də səbr etmək qalır. Təki bu gələcək deyildiyi kimi yaxın olsun.
Şəhid Elnur İskəndərovun xatirəsi anılıb...
2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elnur İskəndərovun xatirəsi anılıb. Təhsil aldığı Şəki şəhər 11 nömrəli tam orta məktəbdə şəhidin xatirəsinə həsr olunmuş lövhənin açılışı olub. Açılış tədbirində şəhər rəsmiləri, şəhid ailələri, müharibə iştirakçıları, şəhidin yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Çıxış edənlər Elnur İskəndərovun həyat və döyüş yolundan, 2016-cı il Aprel döyüşlərinin əhəmiyyətindən danışıblar. Daha sonra tədbir məktəblilərin vətənpərlik ruhunda hazırladağı şeir və ifalarla davam edib. Sonda şəhidin xatirə lövhəsinin açılışı baş tutub.
Firuzə Pənahlı, Nişanə Baxışova və Aydın Əliyev ""5 gün" Mikayıl ilə"də 03.04.2024
Şimal -Qərb bölgəsi üzrə buraxılış imtahanlarında 300 bal toplayan şagirdlər...
Martın 3-də keçirilən buraxılış imtahanında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticə əldə edib. Yüksək nəticə əldə edən şagirdlər Bakı, Gəncə, Abşeron, Şəki və Qəbələdəki dövlət ümumitəhsil müəssisələrinin şagirdləridir. Maraqlısı odur ki, 300 bal toplayanların 6-sı Şəki-Zaqatala Regional Təhsil idarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləridir. Şəki rayonunda yüksək nəticələri əldə edənlər Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdi Amalya Əliyeva, 5 nömrəli tam orta məktəbin şagirdi Fatimə Teymurlu, 18 nömrəli məktəbin şagirdi Zərifə İlyasovadır. Diqqət çəkən digər bir məqam isə ölkə üzrə ən yüksək nəticəni əldə edənlərdən 13-ünün qız, yalnız birinin oğlan olmasıdır ki, o da Qəbələ rayon Həmzəli kənd orta məktəbinin şagirdi Elşən Yusibovdur. Nohurqışlaq kənd tam orta məktəbinin şagirdi Səidə Rəhimova və 4 nömrəli tam orta məktəbin şagirdi Lalə Xancanova da buraxılış imtahanında maksimum nəticəni əldə edərək 300 bal toplayıblar. Abituriyentlər növbəti imtahanda da eyni nəticəni əldə edəcəklərinə inanırlar. Biz də onlara hədəflərinə çatmaq üçün uğurlar arzu edirik.
Müğənni Elnar Xəlilov, Sima Nəsirova və aktrisa Mətanət Eres "Xəbərin var?"da 03.04.2024
Səhər dəmi 03.04.2024
Qobustanda keçmiş məhkumlar narkotiklə saxlanılıblar...
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamil Hüseynov və Orxan İbrahimov saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, K.Hüseynovdan heroin, O. İbrahimovdan isə heroin və marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.